19 May 2024, Bazar günü
XXXV turun hakim təyinatları
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi

Xarici futbol

AVRO-2020-nin ev sahibliyi Türkiyəyə verilə bilər

Futbol üzrə 2020-ci il Avropa çempionatının yeri dəyişdirilə bilər.

Futbolxeber.az saytının məlumatına görə, UEFA prezidenti Aleksander Çeferin AVRO-2020 ilə bağlı inqilabi dəyişiklik etməyə hazırlaşır.

İddiaya görə, turnirin koronavirusun yayılmadığı və ya daha az yayıldığı ölkələrdən birində təşkili günəmdədir. Hazırda Avropa çempionatını qəbul etməyə əsas namizədin Türkiyə olduğu bildirilir.

Türkiyə 2018-ci ildə AVRO-2024-ə ev sahibliyi etmək üçün namizədliyini versə də, sonda bu hüquq Almaniyaya verilmişdi.

Qeyd edək ki, AVRO-2020 12 iyun - 12 iyulda keçirilməlidir. Püşkatmanın nəticələrinə əsasən, açılış oyunu iyunun 12-də Romadakı "Olimpiko" stadionunda İtaliya və Türkiyə milliləri arasında olacaq. Bakı Olimpiya Stadionu (BOS) iyunun 13-də Uels-İsveçrə, iyunun 17-də Türkiyə-Uels, iyunun 21-də Türkiyə-İsveçrə matçlarına ev sahibliyi edəcək. İyulun 4-də isə BOS-da 1/4 final oyunlarından biri təşkil olunacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31