9 May 2024, Cümə axşamı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"

Xarici futbol

"Partizani" Bakıda daha diqqətli oynamalıdır"

"Partizani"nin çıxışını müsbət qiymətləndirirəm. Unutmaq olmaz ki, "Qarabağ" keyfiyyətli futbolçuları olan və avrokuboklarda qruplarda oynamış komandadır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Partizani"nin sabiq yarımmüdafiəçisi Dorian Bılıkbaşi deyib. Tirana təmsilçisinin Çempionlar Liqasının 1-ci təsnifat mərhəlsində "Qarabağ"la oyununu dəyərləndirən veteran futbolçu qolsuz bərabərliyin yaxşı nəticə olduğunu bildirib:

"Tez-tez deyirlər ki, öz meydanında oynayan komanda qalib gəlməlidir. Razıyam, amma müasir futbolda meydan amili elə də rol oynamır. Əsas məsələ qol buraxmamaqdır. "Partizani" bunu bacardı. Düşünürəm ki, mərhələni keçmək üçün səfərdə qollu heç-heçə etməyə çalışacaqlar".

"Partizani"nin mərhələni keçmək şanslarını dəyərləndirən Dorian keçmiş komandasının Bakıda daha diqqətli oynamalı olduğunu söyləyib: "Dediyim kimi, Albaniyadakı ilk oyunda qazanılan nəticə pis deyil. Şanslar hələ də bərabərdir. İndi daha çox ümidim var. İnanıram ki, Azərbaycanda uğur qazana bilərlər. Ancaq komanda Bakıda çox diqqətli oynamalı və qol epizodlarından maksimum yararlanmalıdır. İnanıram ki, fərqlənmək üçün şansları olacaq. Vaxt keçdikcə rəqib özündən çıxmağa başlayacaq. Bundan lazımınca yararlanmaq lazımdır".

Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" oyunu yerli vaxtla 21:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31