26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Aqolli: “İkinci evimdən ayrılmaq asan olmadı”

“9 il oynadığım “Qarabağ”dan, ikinci evimdən ayrılmaq asan olmadı”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri bir neçə gün öncə “Qarabağ”dan ayrılaraq ABŞ-ın “Kosmos” klubuna keçən Ansi Aqolli Albaniya mətbuatına müsahibəsində deyib.

Nyu-York təmsilçisinə keçidini şərh edən 36 yaşlı müdafiəçi bu komandanı seçməsinin səbəbini açıqlayıb:

“Ailəm bir neçə ildir ABŞ-da, Nyu-Yorkda yaşayır. Odur ki, bu variant onların yanında olmaq və sevdiyim işi davam etdirmək üçün yaxşı imkan yaratdı. Bundan başqa, “Kosmos” klubunun vitse-prezidenti Co Baronun əzmi və komanda ilə bağlı gələcək planları da mənim bura gəlməyimə təsir etdi. Bu, gələcəkdə mənə xidmət edəcək futbol dünyasına girməyim üçün yaxşı fürsət oldu”.

Aqolli “Kosmos” klubu ilə bağladığı müqavilənin müddəti ilə bağlı məlumat versə də, digər detalları gizlədib: “Müqaviləm 1 illikdir. Ümumilikdə, sözləşmə şərtlərindən razıyam. Məni bu təklifi düşünməyə və qəbul etməyə vadar edən bir çox səbəb var idi. Amma xahiş edirəm, detallar barədə soruşmayın. Menecerim bu yöndə böyük işlər gördü, ona təşəkkür etməliyəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30