9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Xarici futbol

DÇ-2018: Portuqaliya İspaniyaya uduzmadı

Rusiyada keçirilən dünya çempionatında bu gün daha 3 oyun keçirilib. 

Futbolxeber.az saytının məlumatına görə, günün ilk matçı ilə “A” qrupunda birinci tura yekun vurulub. Yekaterinburqda Misir və Uruqvay milliləri üz-üzə gəlib. Uruqvay son dəqiqə qolu ilə qalib gəlib.

“B” qrupunun ilk matçında Mərakeş İranı sınağa çəkib. Sankt-Peterburqda keçirilən və Cüneyt Çakır idarə etdiyi görüşdə də bir qol vurulub. Mərakeş millisinin forvardı avtoqolla İrana qələbə qazandırıb.

İkinci oyun gününün sonra matçında isə azarkeşlər Portuqaliya - İspaniya qarşılaşmasına tamaşa edib. Xulen Lopoteginin qovulmasından sonra İspaniya millisinin baş məşqçisi təyin olunan Fernando Yerro Portuqaliya ilə görüşdə yeni vəzifəsində debüt edib. İspaniya qələbə yaxın olsa da, Kriştiano Ronaldo het-trik edərək komandasını məğlubiyyətdən xilas edib.

DÇ-2018

15 iyun

A qrupu

Misir - Uruqvay 0:1

Qol: Ximenez, 90

Baş hakim: Byorn Kuypers (Hollandiya)

Yekaterinburq, Mərkəzi stadion

B qrupu

Mərakeş - İran 0:1

Qol: Buhadduz, 90+5 (avtoqol)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

"Sankt-Peterburq" stadionu

Portuqaliya - İspaniya 3:3

Qollar: Ronaldo, 4 (p), 44, 88 - D.Koşta, 23, 52, Naço, 58

Baş hakim: Canluka Rokki (İtaliya)

Soçi, "Fişt" stadionu




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31