26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Rus klubları Türkiyə toplanışından imtina etdilər

Rusiya Futbol İttifaqı (RFİ) ölkə klublarına qışda təlim-məşq toplanışı üçün Antalyaya getməməyi tövsiyə edib. Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu tövsiyə Türkiyənin Rusiya hərbi hava qüvvələrinə məxsus SU-24 qırıcı təyyarəsini vurması səbəbindən səsləndirilib.

Qeyd edək ki, adisədən sonra Rusiya dövləti öz vətəndaşlarını Türkiyəyə getməməyə çağırıb.

Rusiya Peşəkar Futbol Liqasının prezidenti Sergey Pryadkin bildirib ki, RFİ-nin İcraiyyə Komitəsi “klublara tələb yox, yalnız tövsiyə irəli sürüb”.

Rusiya mətbuatı yazıb ki, iki ölkə arasında siyasi gərginliyi nəzərə alsaq, klubların hamısı bu tövsiyəni yerinə yetirəcək və Antalya hazırlığında imtina edəcək.

Qeyd edək ki, artıq “Rostov”, “Kuban”, “Ufa”, “Amkar”, “Krasnodar” və “Spartak” Antalyadakı təlim-məşq toplanışlarına getməyəcəklərini bəyan ediblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30