26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

“Ayntraxt”ın baş məşqçisi: “Emil Balayev qışa qədər oynamayacaq”

Almaniyanın “Ayntraxt” klubunun üzvü Emil Balayev qışa qədər yaşıl meydanlardan uzaq qalacaq. Futbolxeber.az-ın məlumatına görə, bu barədə Frankfurt təmsilçisinin baş məşqçisi Armin Fe açıqlama verib.

Onun sözlərinə görə, Balayev bu aylarda heç bir oyuna çıxa bilməyəcək: “Emil indiki məqamda alternativ qapıçı sayılmır. Çünki qışa qədər hər hansı bir oyunda iştirak etməsi mümkün deyil”.

Komandada 3-cü qapıçı funksiyasını yerinə yetirən Emilin məşqlərdən kənarda qalmasının səbəbi stomatoloji əməliyyat keçirməsi ilə bağlıdı.

Bu səbəbdən məşqçilər korpusu onun indiki məqamda komandanın əsas qapıçısı olmağa iddia etməsini imkansız sayırlar. Emil tam sağaldıqdan sonra sıraya dönəcək ki, bunun üçün ən azı, dekabrı gözləmək lazım olacaq.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Emil bu ilin əvvəlindən “Ayntraxt”ın futbolçusudu.

Mənbə: apasport.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30