19 Mart 2026, Cümə axşamı
Andrey Demçenkodan qələbə şərhi
“Araz-Naxçıvan”dan vacib qələbə
Ayın qolunun müəllifi mükafatlandırıldı
25-ci turun hakim təyinatları

Digər idman növləri

MOK-da Atletlər Komissiyasının 2026-cı ildə ilk iclası keçirilib

Martın 18-də Milli Olimpiya Komitəsinin inzibati binasında qurumun Atletlər Komissiyasının 2026-cı ildə ilk iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, toplantının gündəliyində duran əsas məsələlər ötən dövr ərzində həyata keçirilmiş layihələrin hesabatı və komissiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub.

Görüşdə həmçinin komissiya üzvləri öz təkliflərini irəli sürüblər.

Atletlər Komissiyasının əsas məqsədi idmançıların maraqlarını qorumaq, onların hüquqlarını müdafiə etmək və idmançılarla Beynəlxalq Olimpiya Komitəsi arasında əlaqələndirici rol oynamaqdır.

Qeyd edək ki, 2025-2028-ci illər dövrü üçün Fəridə Əzizova (taekvondo) komissiyanın sədri, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Rafiq Hüseynov (güləş), Fatimə Alkərəmova (üzgüçülük), Rəsul Çunayev (güləş) komissiyanın üzvləri kimi fəaliyyət göstərirlər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31