4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik"

"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu “Azərreyl”in prezidenti Orxan Kərimov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
 
Ötən gün kişi voleybolçular arasında Azərbaycan çempionatının finalında üz-üzə gələn “Azərreyl” – “Murov Az Terminal” matçı birincilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Klub rəsmisi qarşılaşmanın çətin keçdiyini bildirib: “Setlərdəki hesablara baxsaq, görüşün nə dərəcədə gərgin məcrada keçdiyini görə bilərik. Həm rəqibi, həm də komandamızı gözəl oyuna görə təbrik edirəm. Kişilərdən ibarət komandamız yeni formalaşır. Demək olar, debütant komanda çempion oldu”.
 
O.Kərimov “Azərreyl”in hədəflərindən danışıb: “Məqsədimiz yeni mövsümdə güclü heyətlə Azərbaycan çempionatında iştirak etməkdir. Qeyri-adi hadisə baş verməsə, avrokuboklarda oynamaq istəyirik. Hazırda komandanın heyətində 5 gənc voleybolçu məşq edir. Onların daha yaxşı inkişaf etmələri üçün səviyyəli legionerlərlə eyni komandada yer almaları vacibdir. Gənclərə şans verdiyimiz üçün qürurluyuq”.
 
Qeyd edək ki, bu gün qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının finalında "Azərreyl" ilə "Abşeron" üz-üzə gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31