Digər idman növləri
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
Bu il Fransanın ev sahibliyi edəcəyi Paris Yay Olimpiya Oyunlarının başlanmasına 100 gün qalıb.
Futbolxeber.az saytının AZƏRTAC-a istinadən verdiyi məlumata görə, 33-cü Yay Olimpiya Oyunları iyulun 26-da keçiriləcək açılış mərasimi ilə rəsmi olaraq start götürəcək. Mərasim Sena çayında təşkil olunacaq.
Yay Olimpiadası 1900 və 1924-cü illərdən sonra üçüncü dəfə Fransada keçiriləcək. Dördilliyin ən nüfuzlu yarışının proqramına 28 idman növü ilə yanaşı, breykdans, idman dırmanması, skeytbordinq və dalğa sörfinqi kimi yeni növlər də daxil edilib. 17 gün davam edəcək Oyunlarda 10500 idmançı medallar uğrunda mübarizə aparacaq. Medal qazanan idmançılar özləri ilə Parisin simvolu hesab olunan Eyfel qülləsindən bir parça götürə biləcəklər. Belə ki, qüllənin təmiri zamanı dəyişdirilən hissələr yarış üçün hazırlanmış medalların tərkibinə əlavə olunub. Beləliklə, mükafata layiq görülən idmançılar sinələrində Eyfel qülləsindən orijinal parça daşıyacaqlar. Medalların ortasına qoyulan dəmir parçaların hər birinin çəkisi 18 qram olacaq.
Olimpiada zamanı 15 milyon turisti qəbul etməyə hazırlaşan Parisdə sürücü çatışmazlığı, metro və qatar xidmətlərində gecikmələr səbəbindən ictimai nəqliyyatda ciddi sıxlığın olacağı gözlənilir. Mümkün tıxacların qarşısını almaq üçün hökumət müvafiq tədbirlər görməyə davam edir. Bu məqsədlə parisliləri Oyunlar zamanı evdən işləməyə təşviq etmək üçün kampaniyaya başlanılıb. Kampaniya çərçivəsində paytaxt küçələrində, metro və şəhərətrafı qatar stansiyalarında “Olimpiya Oyunları zamanı vaxta qənaət etmək üçün evdən işləmək vacibdir” sözlərinin yazıldığı plakatlar asılıb. Plakatlarda oyunlar zamanı vətəndaşlara və turistlərə ictimai nəqliyyat səfərlərini əvvəlcədən planlaşdırmağa kömək edəcək vebsayt haqqında məlumatlar da yer alıb.
Azərbaycan artıq atletika, atıcılıq, boks, gimnastika, güləş, taekvondo və basketbol olmaqla, 7 idman növündə 17 Olimpiya lisenziyası qazanıb. Bu dəfə ölkəmiz Olimpiya Oyunlarında ilk dəfə komanda idman növündə təmsil olunacaq. Lisenziya sayının Oyunların startınadək artacağı şübhə doğurmur.
Paris Olimpiadasına lisenziya əldə edən Azərbaycan idmançıları
Atletika: Anna Skidan (çəkicatma)
Atıcılıq: Ruslan Lunyov (10 metr məsafəyə pnevmatik tapançadan atəş açma)
Boks: Nicat Hüseynov (51 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Məhəmməd Abdullayev (+92 kiloqram)
Gimnastika: Zöhrə Ağamirova (bədii gimnastika), Selcan Mahsudova (batut gimnastikası)
Yunan-Roma güləşi: Sənan Süleymanov (77 kiloqram), Həsrət Cəfərov (67 kiloqram)
Sərbəst güləş: Əliabbas Rzazadə (57 kiloqram), Hacı Əliyev (65 kiloqram), Turan Bayramov (74 kiloqram), Osman Nurmaqomedov (86 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram), Georgi Meşvildişvili (125 kiloqram), sərbəst güləş
Taekvondo: Qaşim Maqomedov (58 kiloqram)
Basketbol: Qadınlardan ibarət 3x3 basketbol millisi.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Bir fotonun qorxusu... - QEYD
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
-
19:55
“Neftçi” “Səbail” önünə 4 itki ilə çıxacaq
-
19:26
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
18:30
"Qarabağ" "Turan Tovuz"ı qəbul edir
-
18:03
Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
-
17:41
Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb
-
17:28
Azərbaycan Voleybol Federasiyası Gəncədə toplanış təşkil edib
-
17:19
I Liqada son turun oyunları eyni gündə, eyni saatda
-
16:57
Millimizin Gürcüstanla yoldaşlıq oyunları ləğv edildi
-
16:14
"Üçüncü yer uğrunda ikinci matç daha çətin olacaq"
-
15:42
“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək
-
15:35
AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə görüşüb
-
14:26
I Liqada çempionun mükafatlandırma vaxtı müəyyənləşdi
-
13:58
PFL: Azərbaycan çempionlarına yeni kubok və medallar təqdim ediləcək VİDEO
-
13:31
"İmişli"nin futbolçusu 5 oyunluq cəzalandırıldı
-
13:00
Həndbol millimiz Özbəkistanda növbəti qələbə
-
12:43
XXXV turun hakim təyinatları
-
12:29
Millimiz 3-cü səbətdə
-
12:15
Lunyov: "Qarabağ"la yeni müqaviləni müzakirə edirik"
-
11:57
ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir
-
11:44
Azərbaycanın 7 boksçusu finalda
-
11:06
"İmişli"dən gözlənilməz məğlubiyyət VİDEO
-
10:52
Güləş millimiz Avropa çempionatının qalibi olub
-
10:38
Lopez "Barselona"ya qələbə qazandırdı VİDEO
-
10:23
Azərbaycanın iki boksçusu Macarıstandakı turnirdə finala yüksəlib
-
10:11
Musanın komandasından darmadağın VİDEO
-
09:59
Rövşən Nəcəf Aleksander Çeferinlə görüşdü
-
09:47
"Qaradağ-Lökbatan" - "Şamaxı" matçında 5 qol VİDEO
-
09:30
"Traktor" kubokla vidalaşdı
-
21:16
Vüsal İsgəndərlinin komandası Superliqaya yüksəlmək şansını itirdi
-
20:08
“Şamaxı”nın baş məşqçisi: “Tarixdə yaxşı və ya pis oyun yox, nəticə qalır”
-
18:59
“Şamaxı” zirvəyə yüksəldi
-
18:22
AFFA "Turan Tovuz"un şikayətini təmin etmədi
-
18:01
“Turan Tovuz” nümayəndələrinin Niderlanda səfəri başa çatıb FOTOLENT
-
17:35
“Zirə”nin müdafiəçisi Yunanıstan klubunun hədəfində
-
16:58
Qızıl Avropa Liqasına hazırlıq yekunlaşıb
-
16:47
Serbiya Gimnastika Federasiyasının prezidenti Bakıda "ustad dərsi" keçib
-
16:19
Millimizin futbolçusu komandasının bombardiri olub
-
15:24
Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
-
15:00
“Qalatasaray” - “Fənərbaxça” derbisi ona tapşırıldı
-
14:33
Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:16
“Qarabağ”ın qapıçısı ilə Moskva klubu maraqlanır
-
13:52
Həndbol millimizdən qələbə
-
13:25
Elxan Məmmədov türkdilli ölkələrin futbol federasiyalarının iclasında iştirak edib
-
13:08
Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
-
12:47
Hakimlərin ünvanına səslənən şüarlara görə AFFA-dan xəbərdarlıq
-
12:39
AFFA Volkovu 4 oyunluq cəzalandırdı
-
12:24
I Liqanın mərkəzi oyunu Əliyar Ağayevə tapşırıldı
-
12:11
İtaliya kubokunu "Yuventus" qazandı VİDEO
-
11:53
"Kəpəz"in kapitanı: "Klubda çalışan hər bir kəsin nəticələrdə əməyi var"
-
11:35
"Mançester Yunayted" "Nyukasl"ı məğlub etdi VİDEO