9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Digər idman növləri

Federasiya rəsmiləri Naxçıvana yollanıb

Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən təşkil olunan növbəti düşərgə Naxçıvan Muxtar Respublikasında baş tutub.

Futbolxeber.az saytına AVF-dən verilən məlumata görə, “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsi çərçivəsində bu bölgədən olan voleybol məşqçiləri ilə görüş keçirilib.

AVF nümayəndələrinin, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatmanın iştirakı ilə baş tutan görüşdə bölgələrdə voleybolun inkişafından, mütəxəssislərin fəaliyyətindən danışılıb, bu idman növünün yeni qaydaları haqqında ətraflı məlumat verilib. Həmçinin rayon və şəhərlərdə çalışan mütəxəssislərlə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, Naxçıvanda təşkil olunan düşərgə bu ilin ikinci düşərgəsidir. İlin ilk düşərgəsi 9-11 fevral tarixlərində Gəncə və Tovuzda təşkil olunub. Növbəti düşərgə fevralın 21-23-də Sumqayıtda baş tutacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31