9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Digər idman növləri

Elçin Quliyev yenidən federasiya prezidenti seçildi

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev növbəti 5 illik müddətə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti seçilib.

Futbolxeber.az saytının məlumatına görə, qurumun 2023-cü ilin idman nəticələrinin yekunlarına həsr olunmuş tədbirində prezident, eləcə də vitse-prezidentlər və İdarə Heyəti üzvləri ilə bağlı seçki keçirilib.

Daha sonra il ərzində əldə edilmiş nailiyyətlərə əsasən xüsusi nominasiyalar üzrə qaliblər elan olunub. Qalibləri Çingiz Hüseynzadə, Fərid Qayıbov və Elçin Quliyev təltif ediblər.

Federasiyanın prezidenti 2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına atçılıq üzrə vəsiqə qazanılmasının əsas prioritet məsələ olduğunu bildirib.

Qeyd edək ki, Elçin Quliyev 2009-cu ildən Azərbaycan Respublikası Atçılıq Federasiyasına rəhbərlik edir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31