15 May 2024, Çərşənbə
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı
Bir fotonun qorxusu... - QEYD
"Bizə heç kim nəsə dəyə bilməz"

Digər idman növləri

Güləşçilərimizdən 11 medal

Azərbaycanın gənc yunan-Roma güləşçiləri Qazaxıstanın olimpiya və dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə həsr olunan beynəlxalq turniri 11 medalla başa vurublar.

Futbolxeber.az saytının məlumatına görə, Astanada təşkil edilən yarışda U-20 yığmasının üzvləri ümumilikdə 3 qızıl, 3 gümüş, 5 bürünc medal qazanıblar.

Memorialın son günündə İlkin Qurbanov (60 kq) və Kənan Abdullazadə (67 kq) çempion olublar. Əli Quliyevlə (87 kq) Məzaim Mərdanov (130 kq) finalda məğlub olaraq gümüş mükafata yiyələniblər. Təvəkgül Həziyev (67 kq), Rəvan Nuriyev, Aqil Musayev (hər ikisi 77 kq) və Etibar Rzayev (87 kq) isə bürünc medal əldə ediblər.

Bundan əvvəl turnirdə Ruslan Nurullayev (72 kq) birinci, İsmayıl Rzayev (82 kq) ikinci, Fərid Sadıxlı (55 kq) üçüncü yeri tutub.

Qeyd edək ki, ənənəvi yarışda beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31