15 May 2024, Çərşənbə
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı
Bir fotonun qorxusu... - QEYD
"Bizə heç kim nəsə dəyə bilməz"

Digər idman növləri

Millinin yeni baş məşqçisi: “Azərbaycan voleybolunun əvvəlki uğurlarını qaytarmaq istəyirik”

“Mənə göstərilən etimada görə təşəkkür edirəm. Azərbaycan voleybolunun əvvəlki uğurlarını qaytarmaq istəyirik. Faiq Qarayevin dövründə yaxşı nailiyyətlər əldə olunub".
 
Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, bunu qadınlardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Ataman Güneyligil mətbuat konfransında deyib.
 
Mütəxəssis avqust-sentyabr aylarında təşkil ediləcək Avropa çempionatında yaxşı komandaların yer aldığı qrupda mübarizə aparacaqlarını söyləyib. O, eyni zamanda, gənclərin voleybola cəlb edilməsinin ön planda olacağını vurğulayıb: “Yerli məşqçilərlə fikir mübadiləsi aparmaq üçün seminarlar təşkil olunacaq. Bunlar yay dövrü üçün nəzərdə tutulub”.
 
Baş məşqçi yığmadakı oyunçular barədə məlumatlı olduğunu deyib: “20 voleybolçudan ibarət siyahı əlimizdədir. Burada dəyişiklik də ola bilər. Gənclərin cəlb olunması da nəzərdə tutulub. Yekun siyahını qarşıdakı günlərdə federasiyaya təqdim edəcəyik”.
 
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının C qrupunda Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə mübarizə aparacaq.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31