9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Digər idman növləri

Cüdoçularımızdan uğursuz start

Antalyada cüdo üzrə Böyük Dəbilqə turniri bu gün start götürüb.

Futbolxeber.az saytının məlumatına görə, ilk yarış günündə Azərbaycanın 8 idmançısı 5 çəki dərəcəsində mübarizə aparıb.

Nazir Talıbov (60 kq) 1/4 finalda məğlub olub, təsəlliverici görüşdə də belçikalı Yorre Verstraetenə uduzaraq medal imkanını qaçırıb.

Millinin digər üzvlərindən Yaşar Nəcəfov (66 kq) 1/32 finalda, Kəramət Hüseynov (60 kq) 1/16 finalda, Orxan Səfərov (66 kq) 1/8 finalda mübarizəni dayandırıblar.

Qadın cüdoçulara gəldikdə, Leyla Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) startdaca yarışla vidalaşıblar. Könül Əliyeva (48 kq) ilə Gültac Məmmədəliyeva (52 kq) isə 1/8 final səddini keçə bilməyiblər.

Qeyd edək ki, "Böyük Dəbilqə"yə aprelin 2-də yekun vurulacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31