9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Digər idman növləri

NHL tarixində 800 qələbəyə çatan 6-cı məşqçi

Milli Hokkey Liqasının (NHL) növbəti oyunları çərçivəsində “Florida” “Tampa Bey” üzərində 7:1 hesablı qələbə qazanıb.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu qələbə “Florida”nın baş məşqçisi Pol Moris üçün əlamətdar olub. Belə ki, o, karyerası ərzində baş məşqçi kimi 800-cü qələbəsini qazanıb.

56 yaşlı mütəxəssis NHL tarixində 800-cü qələbəyə çatan 6-cı məşqçidir. Bu sıralamada rekord Skotti Boumenə məxsusdur - 1244 qələbə. Milli Hokkey Liqasının tarixində ən çox qələbə qazanan məşqçilərin siyahısında həmçinin, Coel Kennevill (969 qələbə), Barri Trotsu (914), Ken Hiçkok (849) və Lind Raff (815) yer alır.

Qeyd edək ki, yubiley qələbəsini qazanan Pol Moris məşqçi karyerasına 1995-ci ildən, 28 yaşında başlayıb. Karyerası ərzində o, “Hartford”, “Karolina”, “Toronto” kimi klubları da çalışdırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31