9 May 2024, Cümə axşamı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"

Digər idman növləri

İspaniyalı məşqçi: "Azərbaycan gimnastları çox yüksək nəticələr əldə ediblər"

"Azərbaycan gimnastları dünya səviyyəsində çox yüksək nəticələr əldə ediblər və bu uğurların davamı gəlir".

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında bədii gimnastika üzrə müxtəlif yaş qruplarından ibarət milli komandaların üzvləri üçün xoreoqrafiya məşqləri keçən Beatriz Brito Aguilera deyib.

İspaniyalı mütəxəssis Azərbaycan təmsilçilərinin texniki və taktiki cəhətdən çox inkişaf etdiyini bildirib: "Azərbaycan xalqının milli rəqsləri, folklorla bağlı olan məqamlar onlara xalça üzərində özlərini ifadə etməyə köməklik göstərir. Bütün qazanılmış nailiyyətlərin arxasında böyük əmək dayanır. Bütün bunları zalda gördüm".

Milli Gimnastika Arenasında məşq keçən Aguilera Bakı haqqında da danışıb: "Bu şəhər mənim üçün yuxu kimidir. Uzun müddət burada keçirilmiş beynəlxalq tədbirləri izləmişəm. Bir müddət əvvəl gənclər və idman nazirinin müavini Mariana Vasileva ilə tanış oldum. Onun sayəsində Azərbaycana gələ bildim, möhtəşəm şəhəri və arenanı təcrübədən keçirdim.

Məşqçi son olaraq Azərbaycanda gənc nəslin olduqca güclü böyüdüyünü və onların daha yüksək nəticələrə nail olacağını vurğulayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31