26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Alonso Bakıda Şumaxerə məxsus rekordu keçə bilər

Hazırda "Alpine" komandasında çıxış edən "Formula 1" pilotu Fernando Alonso Azərbaycan Qran-prisində yeni rekorda imza ata bilər.

Futbolxeber.az saytının məlumatına görə, Alonso həftəsonu Bakı mərhələsində çıxış edəcəyi təqdirdə ən uzun karyeraya malik sürücü adına yiyələnəcək.

İspaniyalı pilot "Formula 1"də 2001-ci ilin martında debüt edib. Azərbaycan Qran-prisində "Renault", "McLaren" və "Ferrari"nin keçmiş sürücüsü 21 il 3 ay və 8 gününü tamamlayacaq. Hazırkı rekord isə artıq karyerasını başa vurmuş 7 qat dünya çempionu Mixael Şumaxerə məxsusdur.

Digər tərəfdən, 41 yaşlı sürücü yarış sayında Kimi Raykkonenə məxsus 349 startlıq rekordu keçə bilər. Hazırda Alonsonun aktivində 340 yarış var. Belə davam edərsə, o, "Ferrari"dəki keçmiş komanda yoldaşını oktyabrdakı Sinqapur Qran-prisində geridə qoyacaq.

Qeyd edək ki, Fernando Alonso ikiqat (2005, 2006) dünya çempionudur ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30