9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Digər idman növləri

Azərbaycanlı şahmatçı Rusiyaya görə FİDE-dən imtina etdi: “Yaşasın Ukrayna”

Azərbaycan şahmatçısı Rauf Məmmədov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) turnirlərində oynamayacağını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, 34 yaşlı qrossmeyster bu barədə şəxsi feysbuk hesabında bildirib.

"Nə qədər ki, FİDE prezidenti Rusiyapərəstdir, müharibə gedənədək bu qurumun turnirlərində oynamayacağıma söz verirəm. Yaşasın Ukrayna", - deyə Məmmədov yazıb.

Qeyd edək ki, Rauf Məmmədovun həyat yoldaşı Natalya Buksa ukraynalıdır. FİDE prezidenti isə rusiyalı Arkadi Dvorkoviçdir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31