26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Hacı Əliyev karyerasını bitirə bilər

Azərbaycanın 3 qat dünya və 3 qat Avropa çempionu olan sərbəst güləşçisi Hacı Əliyev 2021-ci ildə karyerasını başa vura bilər.

Futbolxeber.az saytının məlumatına görə, bu haqda 29 yaşlı idmançı özü açıqlama verib.

65 kq çəki dərəcəsində çıxış edən Əliyev Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında sonra karyerasını bitirə biləcəyini vurğulayıb: "Bu baradə tam olaraq heç nə bilmirəm. Amma qismət olsa, olimpiadada qızıl medal qazansam, bəlkə idmanı ataram. Olimpiya çempionluğundan sonra idmanı dayandıra bilərəm. Apreldə 30 yaşım olacaq. Düşünürəm ki, yaşım da böyük idman üçün çoxdur. Dünyada 21, 22 və 25 yaşda istedadlı, gənc idmançılar yetişir. Onların enerjilərinin, güclərinin qarşısında dayanmaq çətin məsələdir. Olimpiya çempionu olsam, idmanı qalib şəkildə buraxa bilərəm".

Qeyd edək ki, Hacı Əliyev 2014, 2015 və 2017-ci illərdə dünya, 2014, 2018 və 2019-cu illərdə Avrop çempionu olub. 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qazanan sərbəst güləşçi, 2019-cu ildə Belarusun paytaxtı Minskdəki II Avropa Oyunlarının qalibi olub ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30