26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

İkiqat Avropa çempionumuz koronavirusa yoluxdu

İkiqat Avropa çempionu Rafiq Hüseynovun Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda iştirak etməməsinin səbəbi bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Report"a 32 yaşlı idmançının özü açıqlama verib.

Hüseynov iki həftə əvvəl koronavirusa yoluxduğu üçün yarışa gedə bilmədiyini vurğulayıb: "Müalicə olunmuşan. Hazır olmadığım üçün yarışa getmədim. İndi özümü yaxşı hiss edirəm və karantin müddətim sabah bitir, sabah da təkrar test verəcəyəm".

82 kq çəki dərəcəsində çıxış edən təcrübəli güləşçi təlim-məşq toplanışı vaxtı testlərin mənfi olduğunu vurğulayıb: "Hazırlıq prosesindən sonra evə qayıtdım. Özümü narahat hiss edəndə yenidən test verdim, bu dəfə isə müsbət oldu".

Qeyd edək ki, bu gün start götürəcək Fərdi Dünya Kuboku dekabrın 18-də başa çatacaq. Rafiq Hüsenov 2011-ci ildə Almaniyanın Dortmund şəhərində və bu il İtaliyanın paytaxtı Romada Avropa çempionu olub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30