17 Oktyabr 2018, Çərşənbə
"Neftçi"də qvineyalı yarımmüdafiəçi
TPL: VIII turun oyun cdvəli açıqlandı
Maksim: "Elə epizodlar var idi ki..."
"Azərbaycan fantastik komandadır"

Digər idman növləri

"Qəbələ"nin ilk rəqibi müəyyənləşdi

“Qəbələ” İdman Klubunun boksçuları Ukraynada təşkil olunan təlim-məşq toplanışını başa vurub.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, oktyabrın 4-də başlayan hazırlıq prosesini yekunlaşdıran boksçular sabah start götürəcək klublararası beynəlxalq turnirdə qüvvəsini sınayacaq. 

Bu gün yarışda iştirak edən 4 komandanın iştirakı ilə püşkatma və çəki mərasimləri, həmçinin klub nümayəndələrinin qatıldığı mətbuat konfransı keçirilib.

“Qəbələ”nin boks bölməsinin rəhbəri Fariz Məmmədov və baş məşqçi Ramiz Mirkamilov jurnalistlərin suallarını cavablandırıb, konfrans zalına toplaşanlara klub və boks bölməsi haqda, həmçinin nailiyyətlər və gələcək planlar barədə məlumatı çatdırıb.

Püşkün nəticələrinə görə, sabah keçiriləcək ilk döyüşlərdə “Qəbələ”nin rəqibi “Leather Gloves” (Özbəkistan) klubu olacaq. Klubların 7 çəki dərəcəsindəki təmsilçiləri Krivoy-Roq şəhərindəki turnirdə üz-üzə gələcək.

“Qırmızı-qaralar”ı rinqdə Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqos (81 kq), Rahil Məmmədli (91 kq) və Asəf Aslanlıdır (+91 kq) təmsil edəcək.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 17:00-da start veriləcək. Digər matçda isə DKD (Gürcüstan) və yerli KB-75 klubları qarşılaşacaq. Qalib komandalar oktyabrın 12-də final, məğlub klublar isə 3-cü yer uğrunda matçda görüşəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31





Click to Visit