20 May 2018, Bazar günü
“Bavariya” finalda məğlub oldu
“Qalatasaray” 21-ci dəfə çempion oldu
Etopaz-da bu gün 42 canlı oyun
“Qəbələ” Dion Malonla vidalaşdı

Digər idman növləri

"Qarabağ"ın uğurundan ruhlanıb Ermənistana qalib gəldik"

“Komandamız yarışa uğursuz başlasa da, şahmatçılarımız Avropa çempionu olmağı qarşılarına məqsəd qoymuşdular".

Futbolxeber.az saytının "Azərtac"a istinadən verdiyi məlumata görə, bu sözləri Yunanıstanda keçirilən şahmat üzrə Avropa çempionatında qalib gəlmiş idmançıların qarşılanma mərasimində Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov deyib.

O bildirib ki, "Qarabağ”ın səfərdə "Atletiko” ilə uğurlu oyunu komandamızda böyük ruh yüksəkliyi yaradıb: "Bu ruh yüksəkliyinin nəticəsidir ki şahmatçılarımız iki gün sonra Ermənistan komandasına qalib gəldilər. Bizim komanda çox güclü idi və inanırdıq ki, qalib gələcəyik".

Sevinc hisslərini bölüşən şahmatçı Şəhriyar Məmmədyarov deyib: 2013-cü ildə olduğu kimi, çempionata yenə uğursuz başladıq. İlk turda xal itkisi oldu. Nəhayət oyunda geri dönüş yarada bildik. Komandamızın üzvləri çox güclüdür və heç vaxt ruhdan düşmür, sonadək mübarizə aparırlar. Komandada iki nəfərin qalib gəlməyi kifayət edirdi ki, hesabda yaxşı nəticə göstərək. Rusiya və Macarıstan yığması əsas rəqiblərimiz idi. Onlara qalib gəlmək çox çətin olsa da, biz istədiyimiz nəticəni əldə etdik. Hədəfimiz Olimpiya çempionu olmaqdır.

Digər şahmatçımız Rauf Məmmədov isə Ermənistan komandası ilə qarşılaşmanın ən gərgin oyun kimi yadda qaldığını vurğulayıb: "Biz onlara qalib gəlməsəydik, özümüzü heç vaxt çempion saymayacaqdıq”. Avropa çempionu bildirib ki, bu qələbə həm də Vüqar Həşimovun qalibiyyətidir. Çünki Vüqar daim qəlbimizdə yaşayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2018
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31





Click to Visit