25 Fevral 2018, Bazar günü
"Allah bu 3 xalı bizə pay verdi"
“Sumqayıt” “Keşlə”dən güclüdür"
Qriqorçuk: “Bunu gözləmirdim”
Avroliqada 1/8 finalın püşkü atıldı

Digər idman növləri

Ölkə çempionatına yekun vurulub

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2017-ci il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən, Respublika Velotrekində velosiped idmanının trek növü üzrə ölkə çempionatı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, 2 gün davam edən yarışda müxtəlif klub və cəmiyyətlərin 70-ə yaxın idmançısı iştirak edib.

Ölkə çempionatının proqramına əsasən, iştirakçılar 500 metr, 2 və 3 km məsafəyə fərdi ötüşmə, həmçinin skretç növündə mübarizə aparıblar. Qızlar arasında Ayan Xankişiyeva həm 500, həm də 2 km məsafəyə fərdi ötüşmədə bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

U-15 yaş kateqoriyasında çıxış edən Nikita Sitov 500 metr və 2 km məsafələrə fərdi ötüşmədə 1-ci olsa da, 7 km məsafəyə skretç növündə Kamran Mirzəxanovu özündən irəli buraxmaqla 2-ci yeri tutub. U-17 kateqoriyasında Nəcəf Bağırov 500 və 2 km məsafələrə fərdi, 7 km məsafəyə skretç yarışında hamıdan güclü olub. Və nəhayət, gənclər arasında İvan Orlov 500 metr və 3 km-ə fərdi, 10 km məsafəyə isə skretç yarışında Azərbaycan çempionu adını qazanıb.

Mükafata layiq yerlər tutmuş velosipedçilər diplom və hədiyyələr, həmçinin pul mükafat ilə təltif ediliblər.

Yarışdan sonra yığma komandanın baş məşqçisi Aleksandr Averin fikirlərini açıqlayıb:

“Artıq mövsümə yekun vururuq və bu bizim cari ildə keçirdiyimiz son yarışdır. Azərbaycan çempionatının maraqlı edən daha bir məqam yarışın nəticələrinin Beynəlxalq Velosipedçilər İttifaqına (UCİ) göndərilməsidir. Yəni mükafata layiq yerlər tutmuş idmançılar bununla öz reytinqlərini xeyli artıracaqlar və bu da beynəlxalq yarışlarda iştirak baxımından olduqca böyük əhəmiyyət daşıyır. Elə bunu nəzərə almaqla idmançıların bu yarışa necə önəm verdiyini hiss etmək çətin deyil”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2018
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28





Click to Visit