26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Ruslan Lunyov İslamiadada üçüncü qızıl medalını qazanıb

Azərbaycan idmançısı Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarında üçüncü qızıl medalını qazanıb.

Futbolxeber.az saytının “Azərtac”a istinadən verdiyi məlumata görə, idmançımız kişilər arasında 25 metr məsafədən standart tapança ilə atəşaçma yarışında 573 xal toplayaraq çempion olub.

Gümüş medala 569 xalla Qətər idmançısı Əhməd Zayed Əl Səmari, bürüncə isə 562 xalla Türkiyə atıcısı Özgür Varlık layiq görülüb.

Azərbaycan yığma komandasına “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı da Ruslan Lunyov qazandırıb. O, kişilər arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışında hamıdan dəqiq olub - (581-25 xal). Ötən gün isə Ruslan Lunyov 25 metr məsafədən tapança ilə sürətli atəşaçma yarışında qızıl medala yiyələnib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30