13 Dekabr 2017, Çərşənbə
Etopaz-da bu gün 30 canlı oyun
Klublar Komitəsinə yeni sədr
Dmitri Kramarenko millimizdə
Sadıqov "Roma"nın düşərgəsində

Digər idman növləri

Dünya çempionu titullarından imtina edib

Böyük Britaniyadan olan boksçu Tayson Fyuri WBO və WBA versiyaları üzrə dünya çempionluğu titulundan imtina edib.

Futbolxeber.az saytının məlumatına görə, ağır çəkidə çıxış edən idmançı bu addımını sağlamlıq məqsədilə atdığını bildirib.

Fyuri kəmərlərdən imtinasına belə izah verib: "Həmin titulları rinqdə qazanmışam və düşünürəm ki, rinqdə də təhvil verməliyəm. Ancaq indi həmin kəmərləri qoruya bilmərəm".

28 yaşlı idmançının dayısı və məşqçisi Piter Fyuri onun rinqə daha güclü formada qayıdacağını deyib: "Əminəm ki, Tayson yalnız geri dönməyəcək. O, həm də özünə məxsus olanları qaytaracaq".

Qeyd edək ki, T.Fyuri karyerası ərzində 25 döyüş keçirib və hamısında qələbə qazanıb. IBF, WBO və WBA versiyaları üzrə dünya çempionu adına sahib çıxıb.


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2017
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31





Click to Visit