Digər idman növləri
"Şəhriyarın son gedişindən sonra zalda sevinc göz yaşlarını da görmək olardı"
Synergy Group ASC-nin Müşahidə Şurasının sədr müavini, ShamkirChess2016 turnirinin direktoru Fərid Hüseynov Vüqar Həşimov Memorialının başa çatmasından sonra jurnalistlərin suallarına cavab verib.
- Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnir başa çatdı. Yarışın yekunu olaraq təəssüratlarınızı bilmək istərdik?
- ShamkirChess 2016 10 gün ərzində şahmat həvəskarları üçün əsl bayram yaşatdı. Şəmkirdə qələbə uğrunda dünyanın aparıcı şahmatçıları mübarizə apardı. Təşkilatçı olaraq qonaqların, iştirakçıların turnirdən razı qalmasını bizim işimizə verilən ən yüksək qiymət hesab edirəm. Yarış baxımından maraqlı mübarizənin şahidi olduq. Həm Azərbaycan, həm də əcnəbi şahmatçılar qələbə uğrunda sona qədər yarışdı. Bu amil yarışı daha da maraqlı etdi. Ən əsası isə Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarovun uğur qazanması bizlərə böyük sevinc bəxş etdi.
- Ümumilikdə əsas mübarizənin ABŞ təmsilçisi Fabiano Karuana və Hollandiya şahmatçısı Aniş Giri arasında gedəcəyi gözlənilirdi. Amma Şəhriyar Məmmədyarov son 3 turda uğur qazanmaqla yarışın qalibi oldu. Yəqin, Məmmədyarovun qələbəsi sizin üçün də gözlənilməz oldu?
- Hər zaman Azərbaycan şahmatçılarına inanmışıq. Turnirdən əvvəl də söyləmişdim ki, Şəmkirdə Azərbaycan şahmatçısının çempion olmasını arzulayırıq. Əvvəlki iki yarışda norveçli Maqnus Karlsen birinci yeri tutub. Bu dəfə isə biz Şəmkirdə sözün əsl mənasında triller izlədik. Fabiano Karuana ilk turdan çox yüksək səviyyədə oyun nümayiş etdirirdi. Bütün rəqiblərlə görüşdə güzəştsiz mübarizə sərgiləyirdi. Aniş Giriylə yanaşı dünya çempionluğuna iddialı Sergey Karyakin də Karuanaya rəqabət yaratmağa çalışırdı. Şəhriyar 7-ci turda Eltac Səfərlini məğlub edəndən sonra yekun haqda danışaraq bildirdi ki, nəticə haqda sonda fikir bildirmək olar. Bu sözlərdən sonra bizim hər birimizin ona inamı daha da artmışdı. Lakin əsas işi şahmatçı görür. Şəhriyar əvvəlcə Fabiano Karuana və Aniş Girini məğlub etdi, sonra tay-brekdə ABŞ-ı təmsil edən şahmatçını üstələdi. Bütün Şəmkir son partiyada ona dəstək olurdu. Təsəvvür edin, Heydər Əliyev Mərkəzində mühafizəçidən başlayaraq hər bir rəsmi qonaq, yeniyetmə şahmatsevərlər Məmmədyarova görə həyəcan keçirirdi. Son gedişi edəndən sonra zalda sevinc göz yaşlarını da görmək olardı.
- ShamkirChess2016 nəticəsinə görə də tarixə düşəcək. Çünki, bu yarışda ilk dəfə Azərbaycan şahmatçısı qələbə qazandı.
- Azərbaycanda çox güclü şahmat ənənələri var. Kişi şahmatçılarımız iki dəfə Avropa çempionu olub. Fərdi yarışlarda da çoxlu sayda uğurlar əldə edilib. Amma indiyə qədər 20-ci kateqoriyalı yarışda heç bir şahmatçımız çempionluq sevinci yaşamayıb. Şəhriyar bu mənada da ilkə imza atdı. Məmmədyarov sübut etdi ki, şahmatçılarımız heç kimdən geri qalmır. Bu qələbə Bakı Şahmat Olimpiadası ərəfəsində Azərbaycan millisinə böyük ruh yüksəkliyi verəcək. Ən vacib məqamlardan biri isə xatirə turnirinin Azərbaycanın istedadlı şahmatçısı Vüqar Həşimovla bağlı olmasıdır. Vüqar hər zaman şahmatımızın qələbəsini istəyib. Ona görə Şəhriyarın uğuru ikiqat əhəmiyyətlidir.
- Şəmkirdə ilk dəfə xanım şahmatçı da mübarizə apardı. Hou Yifanın turnirə qatılması nəyi dəyişdi?
- Qadınlar arasında dünya çempionu Hou Yifanın Şəmkirdə yarışması maraqlı anlarla yadda qaldı. Turnir ərzində çoxlu sayda şahmat həvəskarları partiyaları canlı izləmək üçün Heydər Əliyev Mərkəzinə gəlməklə şahmata olan diqqəti göstərdi. Məktəblilər üçün Hou Yifanı canlı görmək xüsusən maraqlı idi. Hər zaman adını eşitdikləri xanım dünya çempionu onların yaşadığı şəhərdə yarışırdı. İstirahət günündə şahmatçılar yeniyetmələr üçün seans keçirtdi. 2014-cü ildə seansda Sergey Karyakinlə heç-heçə oynayan şəmkirli yeniyetmə Xəyalə Nağıyeva bu dəfə Hou Yifanla yarışdı. Qeyd edim ki, Xəyalə ötən il həmyaşıdları arasında məktəblilərin turnirində çempion olub. Ardınca isə Azərbaycan birinciliyində ikinci yeri tutub. Əsas məqsədimiz Şəmkirdə şahmata olan marağı artırmaq və yeniyetmələrin inkişafına kömək olmaqdır. Çox istərdik ki, gələcəkdə belə superturnirlərdə Şəmkir də öz şahmatçılarıyla təmsil olunsun.
- Azərbaycan şahmatçılarının Şəmkirdəki çıxışını necə qiymətləndirirsiniz?
- Ölkənin dörd ən güclü şahmatçısı Şəmkirdə iştirakçılar sırasında idi. Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Eltac Səfərlini hər dəfə eyni yarışda izləmək imkanı olmur. Fikrimcə Şəmkir turniri Bakı Şahmat Olimpiadası ərəfəsində onlar üçün əsl sınaq oldu. Biz şahmatçılarımıza və Azərbaycan yığmasına olimpiadada uğurlar arzu edirik.
- Şəmkir turniri artıq dünya şahmat yarışları arasında özünəməxsus yer tutub. Təşkilatçı kimi yəqin bu amil sizi sevindirir...
- Əsas məqsədimiz Azərbaycanın istedadlı oğlu Vüqar Həşimovun adına layiq turnir təşkil etmək idi. Hədəfimizə nail olduq. Ardıcıl üçüncü dəfə təşkil olunan superturnir yüksək təşkilatçılıqla yeni standartlar nümayiş etdirdi. Həm iştirakçılar, həm də qonaqlar Şəmkirdə Vüqarın adına yığışmışdı. Bu mənada biz fəxr edirik ki, Vüqar Həşimovun Memorialını onun adına layiq səviyyədə keçirə bildik. Bu işdə bizə dəstək olan yerli mətbuata təşəkkür edirik. Synergy Group özünün Korporativ Sosial Məsuliyyət siyasətinin tərkib hissəsi olaraq ölkədə təhsil və idmanın inkişafına və eyni zamanda, dünyada tanınmasına investisiya yatırır. Gələcəkdə də Azərbaycan idmanının yanında olmağa çalışacağıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq