26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Deputatdan etiraz: “Belə də idman olar?”

Milli Məclisin deputatı Ağacan Abiyev Azərbaycan telekanallarında qaydasız döyüş idman növü üzrə kadrların yayımının dayandırılması təklifi ilə çıxış edib. Futbolxeber.az saytının modern.az-a istinadən verdiyi məlumata görə. o, bu təklifi parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında səsləndirib.

Deputat deyib ki, qaydasız döyüşlər insanlarda, televiziya tamaşaçılarında, xüsusilə uşaq və yeniyetmələrdə qəddarlıq hisslərinin aşılanmasına səbəb olur: “Mən özüm idmançıyam və daha çox da idman verilişlərini izləyirəm. Televiziyalarımızda qaydasız döyüşlər yayımlanır ki, mən bunun tam əleyhinəyəm. Çünki bu, qəddarlıqdır, vəhşilikdir.

Kimsə yerə yıxılır, uzanır, başqası da onun üzünə-gözünə döyəcləyir, onu qana boyayır. Belə də idman olar? Sovetlər dövründə eşidərdik ki, Amerikada belə bir yarış var və hamı onu pisləyərdi. İndi nə oldu, pislədiyimiz şeyləri özümüz təbliğ edirik?

İdmanda rəqibə qarşı kişilik, hörmət olur. Burada isə kişilik, hörmət yoxdur. Ona görə də hesab edirəm ki, bu cür yarışların yayımı dayandırılmalıdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30