26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

"Atam yenə mənə deyir ki, niyə Karuanaya qalib gəlmədin?"

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/4 finala vəsiqə qazanan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirin mətbuat xidmətinə açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, Məmmədyarov ABŞ təmsilçisi Fabiano Karuanayla görüşə yaxşı hazırlaşdığını bildirib: "Debütə yaxşı hazırlaşmışdım, bilirdim ki, Karuana ağ fiqurlarla mümkün qədər çox təzyiq etməyə çalışacaq. Ona görə də təxmini gedişləri bilirdim, sadəcə rəqibin debütdən çıxmağını gözlədim. Bir neçə yaxşı ideyam var idi, ancaq “ağlar” rahat oynamağa başlayandan sonra bir yerdə yüngülcə səhv etdim. Kubok oyununun xarakteristikasına uyğun olaraq mənə heç-heçə də kifayət edirdi. Karuana dünyanın ən güclü şahmatçılarından biridir. Ona görə nəticəyə oynamaq başadüşüləndi. Uzun müddət Karuana dünyanın reytinqə görə ikinci şahmatçısı olub. Bəlkə də o mənimlə oyunda bütün bacarığını göstərə bilmədi”.

Şəhriyar Məmmədyarov Karuananın 2-ci turda digər azərbaycanlı şahmatçı Rauf Məmmədovu yarışdan kənarlaşdırması və matçın revanş xarakterli olub-olması ilə bağlı suala isə belə cavab verib: “Rauf mənim komanda yoldaşımdı, ona görə də bu oyuna revanş kimi də yanaşmaq olar. O, Karuanaya qarşı yaxşı oynamışdı, ancaq debütdə bir balaca səhv eləmişdi. Məni də 1/4 finala çıxmağım münasibətilə ilk təbrik edən Rauf oldu. Əgər Rauf sevinirsə deməli mənə təşəkkür edə bilər. Reallıqda isə Karuanaya məğlubiyyət faciə deyil. Fabiano Dünya Kubokunda iştirak edən istənilən şahmatçını məğlub etməyi bacarar”.

Növbəti mərhələdəki rəqibə gəlincə Şəhriyar Məmmədyarov Dünya Kubokunda zəif rəqibin olmadığını dedi: "Əsas mübarizəni davam etdirməyimdi. 1/4 finalda kiminlə qarşılaşmağım önəmli deyil. Bu turnirdə zəif rəqib yoxdur. Həm Andreykin, həm də Karyakin beynəlxalq arenada tanınmış şahmatçılardır. Məqsədim mümkün qədər irəliləməkdir. Sözsüz ki, hər bir şahmatçı finalçı olmaq arzusundadır"

Dünya Kuboku günlərində Şəhriyar Məmmədyarova atası Həmid dəstək olur. Şahmatçımız atasının hər oyun yanında olmasının ona kömək etdiyini bildirdi: "Atam həm də mənim müəllimimdir. Kiçik yaşlarımdan şahmata həvəs yaratdı. Reytinqim 2700-ə yüksələnə qədər mənimlə məşğul oldu. Sözsüz valideynin yanımda olması məsuliyyəti artırır. Hər oyunda məndən qələbə gözləyir. Karuanayla ikinci görüşdə heç-heçə oynadım. Bu nəticə məni 1/4 finala çıxarır, risk etməyə ehtiyac yox idi. Amma partiyadan sonra atam yenə mənə dedi ki, "orada uduş var idi, niyə qalib gəlmədin? (gülür). Allah valideynlərimizi başımızın üstündən əskik etməsin".

Dünya Kubokunun mətbuat xidməti




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30