26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Avropa Oyunlarında iştirak edəcək heyət müəyyənləşir

Xızıda velosiped idmanının şosse növü üzrə Azərbaycan çempionatına start verilib. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışda yığma komandalarımızın, o cümlədən "Synergy Baku Cycling Project" klubunun bütün azərbaycanlı üzvləri iştirak edir. Yarışın keçirilməsində əsas məqsəd Bakı-2015 ilk Avropa Oyunlarında iştirak edəcək heyəti müəyyənləşdirməkdir.

İlk yarış günündə iştirakçılar fərdi ötüşmədə mübarizə aparıblar. Mayın 15-də isə qrup yarışları keçiriləcək və mükafatçılar müəyyənləşəcək.

Qeyd edək ki, ölkə çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq siyahısında nəzərə alınacaq. UCİ təqviminə əsasən, iyunun sonlarında keçirilməli olan yarışın mayda təşkili Bakı-2015 ilk Avropa Oyunları ilə əlaqədardır. Belə ki, iyunda ölkəmiz mötəbər yarışa ev sahibliyi edəcəyindən, beynəlxalq federasiya Azərbaycan çempionatının mayın ortalarında keçirilməsinə razılıq verib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30