26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Şəhriyar Məmmədyarov: "Rauf dostumdur, amma ona qalib gəlməliydim"

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində VII turunda azərbaycanlı şahmatçılar bir-birinə rəqib olub. Futbolxeber.az-ın məlumatına görə, Şəhriyar Məmmədyarov ağ fiqurlarla millidəki komanda yoldaşı Rauf Məmmədovla heç-heçə oynayıb.

Partiyadan sonra Şəhriyar Məmmədyarov səhvə yol verdiyini etiraf edib: "Düz 10 il əvvəl sonuncu dəfə klassik şahmatda Rauf Məmmədovla üz-üzə gəlmişəm. O vaxt onun 2300, mənim isə 2600 reytinqim var idi. Maraqlıdır ki, o zaman da görüş heç-heçəylə başa çatmışdı. Bu dəfə yaxşı başladım. Debütdən üstünlük qazandım. Hansı gedişi oynayacağımı bilirdim. Ardıcıl düzgün gedişlərdən sonra vəziyyət xeyrimə dəyişdi. Qara fiqurların vəziyyəti məğlub kimi görünürdü. Həlledici məqamda lazımi gediş diqqətimdən yayındı. Rahat qələbə qazanmalıydım. Nəticədə isə heç-heçə oldu. Mənə bu görüşü udmaq çox vacib idi. Turnir cədvəlindəki vəziyyət baxımından qələbə çox lazım olduğunu anlayırdım. Ona görə qələbə qazanmaq üçün  oynayırdım. Təəssüf ki, alınmadı. Digər tərəfdən dostuma qalib gəlmədiyim üçün üzülmürəm. Bununla belə dostum olsa belə bu gün Raufa qalib gəlməliydim.

Rauf yaxın dostumdur. Uzun müddətdir Azərbaycan millisində çıxış edirik. İki dəfə iddiaçılar turnirində köməkçim olub. Turnir zamanı Raufa yığmamızın kapitanı Aleksandr Xalifmanın kömək edəcəyini bilirdim. Bu turdan əvvəl Xalifmana dedim ki, mənə qarşı hazırlaşan Raufa kömək etsəniz inciyəcəm. Axı millidə və bəzi turnirlərdə Xalifman hər ikimizə kömək olub. Debütdən sonra anladım ki, Xalifman Raufa kömək etməyib. Ümumiyyətlə onun məşqçilik keyfiyyətləri yüksəkdir. O millidə həm kapitan, həm də oyunçudur".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30