26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Teymur Rəcəbov: “Debütdən necə razı qala bilərəm ki...”

Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 9-cu turunda Teymur Rəcəbov Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayıb. Futbolxeber.az-ın məlumatına görə, partiyadan sonra Rəcəbov oyunu haqda danışıb: "Debütümdən çox razı qaldım. Əlbəttə, bu bir zarafatdır. Necə debütdən razı qala bilərəm ki, ilk 5 gediş üçün 1 saat düşünməli oldum. Oyun normal alındı. Sadəcə hazırlıqdan kənar gedişlər etməli oldum. Oyunu təhlil etmişdim, sadəcə vaxtı ilə oynadığımız gedişləri gözləmirdim. Müəyyən fiqurlar əvəzetməli oldum. Qeyri-adi gedişlər yox idi. Oyun heç-heçəyə gedirdi. 1998-ci ildə Kramnikin oynadığı partiyaya bənzərlik var idi. Həmin illərdə yaşım az olduğundan indi o gedişləri təhlil etmək düzgün olmazdı”.

Sergey Karyakin də partiyadakı gedişlərin 1998-ci ildə rusiyalı dünya çempionu Vladimir Kramnikin oyununa bənzədiyini söyləyib: "Kramnik tərəfindən oynanılan gedişlərə bənzərlik çox idi. Pozisiyanı təhlil etmişdim. Rəqib düzgün oynamağa çalışırdı. Ağlar da başqa variant görünürdü. Sadəcə oyun heç-heçəyə yönlənmişdi. Maraqlı gedişlər var idi, sadəcə sonda heç-heçəylə razılaşdıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30