Minifutbol
Millimizin kapitanı: "Moldovadakı çempionluğu Elnur Əşrəfoğluna həsr edirik"
Üç gün öncə Moldovanın paytaxtı Kişinyov şəhərində jurnalistlər arasında minifutbol üzrə Avropa Millətlər Kuboku keçirildi. Turnirdə iştirak edən Azərbaycan yığması bütün rəqiblərindən üstün olaraq kuboku qazanmağı bacardı. Jurnalistlərdən ibarət yığma komandamızın kapitanı Sərxan İbrahimoğıu Sportal.az saytına müsahibə verib. O, Kişinyovda uğurlu çıxış edən millimizin oyunlarından və bu komandanın gələcək perspektivindən söz açıb. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- Jurnalistlərdən ibarət Azərbaycan millisi Moldovada minifutbol üzrə Avropa Millətlər Kubokunun sahibi oldu. Turnirə hazırlıq necə alındı, qarşıya qoyulan məqsəd yalnız çempionluq idi, yoxsa Kişinyova "əsas iştirakdır" prinsipi ilə yollanmışdınız?
- Buna qədər bir neçə dəfə bu turnirdə iştirak etsək də təəssüf ki, çempion ola bilməmişdik. Bunun müxtəlif səbəbləri var. Lakin bu dəfə daha yaxşı hazırlaşıb, sırf çempion olmaq məqsədilə Moldovaya yollandıq və nəhayət ki, o kuboku Bakıya gətirdik. Həmin kuboku ən çox qazanmağı bizim mərhum jurnalistimiz Elnur Əşrəfoğlu istəyirdi. Buna görə də bu çempionluğu məhz Elnur Əşrəfoğluna həsr edirik.
- Qalibi mühakimə etməsələr də, maraqlıdır, çempionluğunuzda həlledici məqamlar hansılar oldu?
- Bu dəfəki turnirin çətin keçəcəyini əvvəlcədən bilirdik. Çünki müxtəlif vasitələrlə rəqiblərin bəzilərinin heyətlərini də təxmini öyrənmişdik. Biz də reqlamentə uyğun olaraq təcrübəli baş məşqçi və qapıçı ilə güclənməyi qərara aldıq. Bundan əvvəlki illərdə də bu təcrübədən istifadə olunub. Oyunların uğurlu alınmasında əsas səbəb bunlar idi.
- AMF minifutbolun ölkədə populyarlaşması və inkişafı yolunda işlər görür. Maraqlıdır ki, jurnalistlərdən ibarət yığma komanda da qısa zamanda yığılıb, toplanış keçdikdən sonra çempionluq əldə etməyi bacardı...
- Bildiyiniz kimi, Azərbaycan Minifutbol Federasiyası ölkə idmanı üçün böyük işlər görür. Jurnalistlərdən ibarət minifutbol millisini yaratmaq bizim çoxdankı arzumuz idi. Sevinirik ki, artıq bu arzumuzu reallaşdırdıq və hətta ilk uğurumuzu da qazana bildik.
- Turnirdə ən çox çətinlik çəkdiyiniz hansı oyun oldu?
- Turnirdə ilk çətin oyunumuz elə bizim qrupda yer alan İsrail millisinə qarşı oldu. Çünki nisbətən gənc jurnalistlərdən təşkil olunmuş komanda idi. Yarımfinalda təcrübəli Gürcüstan, finaldakı Rumınya ilə oyunlar isə ən çətin görüşlərimiz oldu.
- Gələcək üçün jurnalistlərdən ibarət milli komandanın daha da komplektləşməsi və daha da inkişafı üçün hansısa planlar var? Ən azından, növbəti turnirlərdə də iştirakınız gözlənilir?
- Gələcəklə bağlı planlarımız böyükdür. İlk növbədə jurnalistlərin stabil və ənənəvi daxili çempionatını təşkilini düşünürük. Bu çempionatda fərqlənən jurnalistlərdən təşkil olunan milli komanda formalaşdırmaq daha ədalətli olacaq. Çünki Moldovadakı turnirə yollanmağa layiq olan bir neçə həmkarımızı apara bilmədik və bu məsələyə gələcəkdə daha həssas yanaşmağa çalışacağıq. Növbəti turnirlərə daha geniş heyətlə yollanmağı düşünürük. Çünki idman jurnalistləri arasında minifutbolu yaxşı oynayan xeyli həmkar var.
- Yəqin ki, Moldova çempion olduqdan sonra sizi ilk təbrik edənlərdən biri AMF prezidenti Orxan Məmmədov oldu? AMF qısa müddətdir fəaliyyət göstərməsinə baxmayaraq, artıq həm futbolçulardan, həm də jurnalistlərdən ibarət komanda Avropada çempionluq sevinci yaşadı. Düşünmək olar ki, iş eyni tepmdə gedərsə, uğurların davamı da gələcək?
- Jurnalistlərdən ibarət millinin yaranmasında ən böyük təşəbbüsü federasiyamızın prezidenti Orxan Məmmədov göstərdi. Bizim oyunları yaxından izlədiyini də bilirdik. Qələbəmizə həmkarlarımızla yanaşı federasiyamız da çox sevindi. Fürsətdən istifadə edib bu uğuru işıqlandıran, paylaşan və xoş sözlər yazan bütün jurnalistlərimizə təşəkkür edirik. Bu bizim komandadır - İdman jurnalistlərinin!
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- 19 illik rəqabətin növbəti hissəsi: “Turan Tovuz”un adı gənc futbolçularımız üçün motivasiyadır”
- Yaşar Seyidov: “Uşaq futbolunun inkişafı ilə bağlı dövlətin siyasi iradəsi ortada olmalıdır”
- Metyu: “Azarkeşlər rahat olsunlar, “Qarabağ”a qarşı bacardığımızın ən yaxşısını edəcəyik”
- Cenk Sümer: “Azarkeşlərimiz rahat olsunlar, “Neftçi”də hamı işinə ciddi yanaşır”
- “Neftçi”dən Azərbaycan çempionatları tarixində yeni rekord
- Azər Bağırovdan qələbə şərhi
- AFFA-dan hakimlərə xüsusi tapşırıq - ÖZƏL
- PFL liqalarda çıxış edən müharibə iştirakçılarını mükafatlandırır - FOTO
- Türkiyə mətbuatı: "Abubakarı əvvəl “Beşiktaş”a aparmışdı, indi “Neftçi”yə..."
- Samir Abasovu niyə qınayırsınız ki...
- Azərbaycan millisinin qrupunda 12:0 hesabı
- Osihmen “Neftçi”nin futbolçusunun arzusunu puç etdi
- Zidan hazırda ən çox bəyəndiyi 3 futbolçunun adını açıqladı
- “Neftçi” transfer bombasını partladır: Abubakar bu gün gəlir!
- “Neftçi” “Qəbələ” önünə ciddi itki ilə çıxır
-
20:23
Yevgeni Kukseviç: “Fiziki cəhətdən zəif təsir bağışladıq”
-
19:56
Boksçumuz İslamiadaya qələbə ilə başlayıb
-
18:48
Millimiz Özbəkistaba məğlub oldu
-
18:35
Emin Kürdov: "Reytinq cədvəlinin ikincisi ilə qarşılaşacağıq"
-
18:04
Fransa millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
-
17:51
“Araz-Naxçıvan”ın 1/8 finaldakı rəqibi müəyyənləşdi
-
17:29
Alexandro Qarnaço: “Qarabağ”la oyunun nəticəsindən məmnun deyilik”
-
17:12
"Neftçi" fitnes salonunda FOTOLENT
-
16:43
“Şahdağ” və “Zaqatala”dan qələbə
-
16:07
İslamiadada: Millimizdən növbəti qələbə
-
15:36
Azərbaycanlı cüdo məşqçisi Yaponiyada beynəlxalq seminarı uğurla tamamlayıb
-
14:58
Kadi uzun müddətə sıradan çıxdı
-
14:24
FIFA lisenziyalı agent və skautlar “Sumqayıt”ın qonağı olub FOTOLENT
-
14:15
Türkiyə klubunun üzvü millimizin heyətindən çıxarıldı
-
13:40
Yankoviç: “Ola bilər azarkeşlərimiz bu nəticəni gözləmirdilər, lakin...”
-
13:09
“Qarabağ”ın avrokuboklarda 200-cü oyunu, 250-ci qolu
-
12:51
AFFA 4 klubu cərimələdi
-
12:22
Azərbaycanın veteran cüdoçusu üçqat dünya çempionu olub
-
12:13
Azərbaycan derbisinə doğru: Baş məşqçilər
-
11:47
“Zəfər turu”nun təyinatları
-
11:36
ÇL-də həftənin ən yaxşısı adına namizədlər bilindi
-
11:25
Elvin Cəfərquliyev: “Döyüşdük, vuruşduq və meydanı başıaşağı tərk etmədik”
-
11:08
Mahsun Kırmızıgül: “Halal olsun, “Qarabağ”!
-
10:54
UEFA reytinqi: Azırbaycanın xalı artdı
-
10:31
Osimhenin het-triki VİDEO
-
10:19
İslandiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
-
10:00
"Qarabağ"ın heç-heçəsi VİDEO
-
01:39
Tahir Gözel: “Böyük həyəcanla ilk “24-lüy”ə düşəcəyimizi gözləyirəm”
-
01:23
“Anam məni bu dünyaya Qurban Qurbanov kimi gətirib”
-
00:47
“Çelsi”nin baş məşqçisi: “Bu cür qollar buraxmaq axmaqlıqdır”
-
00:12
AFFA prezidenti "Qarabağ"ı təbrik etdi
-
23:56
“Qarabağ” - “Çelsi” oyununun ən yaxşısı kim seçildi?
-
23:40
Qələbəyə bərabər heç-heçə
-
18:19
Azərbaycanın üzgüçülük millisinin İslamiada üçün heyəti açıqlanıb
-
17:24
“Qarabağ”ın gənclər komandası “Çelsi”yə böyük hesabla uduzdu
-
17:02
“Səbail”dən növbəti qələbə
-
16:33
Azərbaycan kikboksinqçisi 24 aylıq diskvalifikasiya olunub
-
16:18
Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçirilib
-
15:51
Azərbaycan klubu amerikalını transfer etdi
-
15:26
"Qarabağ" "Çelsi" ilə oyundan əvvəl azarkeşlərə müraciət edib
-
15:05
Millimizin üzvü: “İlk məqsədimiz yarımfinala yüksəlməkdir”
-
14:47
“Qarabağ”ın oyununa görə Bakı metrosunun iş saatı uzadılacaq
-
14:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:53
Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat alıb
-
13:39
Veteran cüdoçularımız dünya çempionatında daha iki medal qazanıblar
-
13:24
Azərbaycan derbisi: Ümumilikdə 103 oyunçu rəqib qapılarına yol tapıb
-
13:00
İslamiadada Azərbaycanı 15 qılıncoynadan təmsil edəcək
-
12:41
Azərbaycan derbisi: İndiyədək 13 avtoqol qeydə alınıb
-
12:18
Millimizin seçmə mərhələdəki oyunlarının vaxtı bilindi
-
11:55
Millimizin üzvü: “Zəfər günlərinə qatqımızın olmasını istəyirdik”
06.11.2025
05.11.2025























