19 May 2024, Bazar günü
XXXV turun hakim təyinatları
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi

Minifutbol

Tahir Gözəl: "Çox kədərliyik"

"Qarabağ"ın prezidenti Tahir Gözəl əvəzedici komandanın üzvü Şirxan Həsənzadənin vəfatı ilə bağlı danışıb.

Futbolxeber.az saytının məlumatına görə, T.Gözəl klubun mətbuat xidmətinə açıqlamasında mərhumun yaxınlarına və eləcə də bütün futbol ictimaiyyətinə başsağlığı verib:

"Gənc futbolçumuz Şirxan Həsənzadənin ölüm xəbəri məni çox məyus etdi. Hadisə baş verən gündən Şirxan Həsənzadəni diqqətdə saxlayırdıq. Mən də Şirxanın durumu ilə mütəmadi maraqlanırdım. Təəssüf ki, ötən gün acı xəbər aldıq. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. O, gənc yaşda aramızdan ayrılır. “Qarabağ” ailəsi olaraq çox kədərliyik. Şirxanın ailəsinə, qohumlarına, yaxınlarına, azarkeşlərimizə və bütün futbol ictimaiyyətinə başsağlığı verirəm. Allah ona rəhmət eləsin, yeri cənnət olsun".

Qeyd edək ki, ötən ay məşqdə isinmə hərəkətləri zamanı huşunu itirən Ağdam təmsilçisinin futbolçusu Şirxan Həsənzadə dünən dünyasını dəyişib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31