9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Minifutbol

Sosial media mövzusunda seminar keçirilib

UEFA Grow və RESULT Sports rəqəmsal agentiliyinin dəstəyi, AFFA-nın təşkilatçılığı ilə Klub Dəstək Proqramı çərçivəsində sosial media mövzusunda seminar keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, seminarda Premyer Liqa klublarının marketinq və media şöbələrinin rəhbərləri və sosial media mütəxəssisləri iştirak edib. 

Görüşdə RESULT Sports şirkəti tərəfindən klub nümayəndələri üçün sosial medianın müxtəlif istiqamətləri üzrə prezentasiyalar təqdim edilib, Premyer Liqa komandalarının sosial media platformalarındakı səhifələri üzrə nəticələr müzakirə olunub. 

Seminarda iştirak edən AFFA-nın baş katibi Sərxan Hacıyev klublar arasında keçirilmiş qrant müsabiqəsi üzrə qalibi elan edib. Münsiflər heyətinin sesverməsinin nəticəsinə əsasən, mart-aprel aylarında Premyer Liqa klubları arasında “Klub tərəfdaşı ilə birgə sosial media aktivasiyası” üzrə keçirilmiş Qrant müsabiqəsinin qalibi “Qəbələ” klubu tərəfindən təqdim edilmiş “Sağlam İnkişaf” layihəsi olub. Qalibə AFFA tərəfindən layihənin reallaşdırması üçün 5000 AZN məbləğində qrant ayırılacaq. 

Qeyd edək ki, seminar 22 aprel tarixinədək davam edəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31