9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Minifutbol

“Xəzər Lənkəran”ın son ofisi də satışa çıxarıldı

Son günlər Türkiyə mətbuatında “Palmali” Şirkətlər Qrupunun müflis olması barədə xəbərlər yayılıb. Hazırda həbsdə olan şirkətin rəhbəri Mübariz Mənsimovun köməkçisi yayılan informasiyanın həqiqətəuyğun olmadığını bildirsə də, gedişat yaxşı heç nə vəd etmir.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, son illər Bakıda “Palmali”nin mərkəzi ofisi kimi istifadə edilən, “Xəzər Lənkəran”ın da son ofisi olan İçərişəhərdəki bina bu günlərdə satışa çıxarılıb.

Qız qalasının yaxınlığında yerləşən, 2005-ci ildən “Palmali” şirkətinə məxsus olan binanın müəyyən hissəsi 2016-cı ildə təmir olunduqdan sonra “Xəzər Lənkəran”ın ixtiyarına verilmişdi.  

Xatırladaq ki, daha əvvəl “Xəzər Lənkəran”ın keçmiş ofisi, Məmməd Araz küçəsində (köhnə Teymur Əliyev) yerləşən bina da “Palmali” tərəfindən satışa çıxarılmışdı. Lakin heç kim binaya 5 milyon manat ödəmədiyindən, klubun keçmiş ofisi icarəyə verildi. Hazırda həmin binada “Dünya Estetik Klinikası” fəaliyyət göstərir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31