19 May 2024, Bazar günü
XXXV turun hakim təyinatları
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi

Minifutbol

Böyükağa Hacıyev - 62!

MƏRHUMUN OĞLUNDAN KÖVRƏK VİDEO

Bu gün “Bakı” və “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin ad günüdür. Yaşasaydı, 62 yaşı tamam olacaqdı.

1958-ci ilin 20 aprelində Naxçıvanda dünyaya gələn B.Hacıyev adını Azərbaycan futbolu tarixinə qızıl hərflərlə yazdırıb.

2006-cı ildə ilk dəfə “Bakı”nı ölkə çempionluğuna daşıyan Böyükağa Hacıyev, daha sonra 2 dəfə bu uğura “Neftçi” ilə nail olub. “Ağ-qaralar”la 2 dəfə ölkə kubokunu qazanan mərhum mütəxəssis ən böyük uğuruna 2012-ci ildə imza atıb. Belə ki, Hacıyev Avroliqanın qrup mərhələsinə Azərbaycan klubunu yüksəldən ilk məşqçi kimi tarixə düşüb. Həmin ildə o, “Şöhrət” orderi ilə təltif edilib.

Dünyasını dəyişməsunə baxmayaraq, azarkeşlər Böyükağa Hacıyevi bu gün də unutmurlar. Övladları isə daim onun xatirəsini əziz tuturlar.

Mərhumun ikinci oğlu, AFFA-nın fotoqrafı Rüstəm Hacıyev atasının 62 yaşı münasibəti ilə kövrək video hazırlayıb. Futbolxeber.az saytı həmin videonu təqdim edirik: 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31