Futzal
Minifutbolu futzala dəyişən Avropa çempionumuz: “Milli həmişə ürəyimdədir”
2022-ci ildə minifutbol millimiz Avropa çempionu oldu. Finalda Seymur Məmmədovun vurduğu həlledici qol Azərbaycan yığmasına tarixində ilk dəfə qitə çempionluğu qazandırdı. Daha sonra millimiz dünya çempionatında dördüncü olanda da, “Zirə” Çempionlar Liqasında üçüncü yeri tutanda da o, komandanın aparıcı üzvü idi. Kapitan bu yay Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatının da iştirakçısı oldu. Millimiz qitə birinciliyinin 1/4 finalında Qazaxıstana penaltilər seriyasında uduzaraq (6:7) mübarizəni dayandırdı.
Bütün bunları xatırlamağımız səbəbsiz deyil. Çünki həmin yarışdan sonra Seymur Məmmədov gözlənilmədən minifutboldan uzaqlaşdı. Yeni mövsümdən “Zirə”nin heyətində görünməyən təcrübəli futbolçu daha yığmanın da formasını geyməyəcək. Çünki Məmmədov artıq minifutbolu futzala dəyişib. “Neftçi” İK-nin formasını geyən Seymur Azərbaycan yığmasına da dəvət alır. Dekabrın 17-də, AVRO-2026-nın əsas mərhələsi çərçivəsində milli komandamızın İsveçlə qarşılaşmasında Seymur da meydanda idi.
Maraqlıdır, birdən birə nə baş verdi ki, Avropa çempionu, millinin kapitanı minifutboldan uzaqlaşdı?
“Heç nə baş vermədi. Sadəcə futzal oynamaq istədim. Buna görə də qayıtdım futzala. Başqa heç nə. Minifutbol millisi hər zaman ürəyimdədir. Hər zaman da onlarlayam”.
Seymur Məmmədov heç nə baş vermədiyini desə də, bu, tam inandırıcı deyil. Çünki qarşıdan Bakıda keçiriləcək dünya çempionatı gəlir. Hər idmançının arzusu vətənində keçiriləcək mundialda iştirak etmək, hətta dünya kubokunu başı üzərində qaldırmaqdır.
“Əvvəlki Dünya çempionatında mənə şans verildi. Oynadım, tam gücümüzlə mübarizə apardıq. Lakin yarımfinalda uduzduq. Allah izn vermədi çempion olaq. Mən istəmirəm çox oynayım... Meydançada əvvəlki faydanı verə bilmirəmsə, oynamaq istəmirəm. Həm də indi cavanlar çıxış edir. Mən oynadığımı oynamışam. İndi komandada olmasam da, milli həmişə ürəyimdədir”.
Bundan sonra Seymur Məmmədovu yalnız futzalda görəcəyik?
“Hələ ki futzaldayam. Sonrası Allah kərimdir”.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- AFFA PFL-ə qarşı açıq hücuma keçib - Məqsəd qurumun ləğvidir
- “Səbail” kapitanı ilə yollarını ayırır
- "Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
- İsgəndər Cavadov Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti seçildi
- Berdıyevdən mini master-klass
- “Zirə”nin yeni transferi: “Həyati təhlükəm olduğu üçün oradan ayrıldım”
- “Neftçi” və “Araz-Naxçıvan”dan böyükhesablı qələbə
- İcraiyyə Komitəsi vaxtında Qurban Qurbanova qulaq assaydı...
- 3x3 basketbol millimiz ilk dəfə FIBA Çempionlar Kubokunda
- “Səbail” Adil Şükürovla yola davam edir
- Yüksək Liqada XI turun oyun cədvəli açıqlandı
- Futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsi yekunlaşıb
- “Üzərində işləməli olduğumuz nüanslar kifayət qədərdir”
- Futzal millimizdə yeni məşqçi təyinatı
-
13:17
Elvin Yunuszadə: “Baş məşqçimiz təslim olmağımıza imkan vermir”
-
13:00
Azarkeşlər "Mingəçevir"i xərcə saldı
-
12:44
AFFA 3 klubu cərimələdi
-
12:26
Bakıda daha bir dünya çempionatı keçiriləcək
-
11:18
UEFA-dan Əliyar Ağayevə yeni təyinat
-
10:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:39
"Fiorentina"dan səfər qələbəsi VİDEO
-
10:23
Yuri Syomin: “Kurban Berdıyev qalib məşqçidir, hər zaman nəsə qazanır”
-
10:02
Braziliya millisinin heyəti açıqlandı
-
09:45
Hüseynov oynadı, komandası azlıqda qalib gəldi
-
23:41
İdmançılarımızın olimpiadada qazandıqları medallar yenisi ilə əvəzlənib
-
18:36
"Barselona" Fliklə yola davam edəcək
-
17:53
II Liqada 18-ci tura start verilib
-
17:25
Boks millərimiz beynəlxalq turnirdə mübarizə aparacaqlar
-
17:00
Kenan Piriç: “Bundan sonra “Neftçi” üçün hər matç finala bərabərdir”
-
16:47
Ayın qolunun müəllifi mükafatlandırıldı
-
15:39
"Liverpul" - "Qalatasaray" matçı polşalı hakimlərə tapşırıldı
-
15:14
Premyer Liqamız 26-cı turun oyun cədvəli açıqlandı
-
14:52
Azərbaycan gimnastları beynəlxalq turnirlərdə uğurlu çıxış ediblə
-
14:28
İrina Zaretska: "Yenidən zirvədə olmaq mənə böyük zövq verir"
-
14:01
Azərbaycan kuboku: Yarımfinalda ilk oyunların vaxtı müəyyənləşdi
-
13:46
Davin Cəfərov Portimaoda "Formula 4" testlərini uğurla başa vurub
-
13:33
"Şamaxı"da bayram bayrama qarışdı
-
13:17
Emin Mahmudov "Neftçi"nin tarixinə düşdü
-
12:55
Musa Qurbanlı “100”ə çatdı
-
12:29
Mirbağır İsayevə vəzifə verildi
-
12:04
"Roma" qələbəni əldən verdi VİDEO
-
11:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:30
"Milan" "Latsio"ya uduzdu VİDEO
-
11:12
AFFA millimizin məğlubiyyətlərini niyə gizlədir?
-
10:51
Azərbaycan çempionatları tarixində 9-cu
-
10:36
"Mançester Yunayted"dən növbəti qələbə VİDEO
-
10:23
“Berdıyev kimi təcrübəli baş məşqçinin bu iradı tam yerindədir”
-
10:07
Laporta yenidən “Barselona”nın prezidenti seçildi
-
09:45
"Beşiktaş" səfərdə sevindi VİDEO
-
23:49
Güləşçimiz Avropa çempionu oldu
-
22:14
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
21:37
Sxadadze: “İstefaya səsləyənlər 13-14 yaşlı uşaqlardır”
-
21:03
Yuri Vernidubdan qələbə şərhi
-
20:22
Qərb derbisində qarşılıqlı qollar VİDEO
-
19:56
"Neftçi" qalib gəldi, "Turan Tovuz" xal itirdi
-
18:41
Emreli 8 ay sonra qol vurdu
-
17:15
Azər Bağırov: “Qeyri-stabil olduğumuzu deməzdim”
-
17:08
Berdiyev: “Vacib iki xal itirdik”
-
14:59
Azərbaycan millisi FIBA Çempionlar kubokunda 2-ci oldu
-
13:34
"Bayer" - "Bavariya" oyununda 2 qol, 2 qırmızı vərəqə VİDEO
-
12:47
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
12:26
"Qalatasaray" ikinci hissədə coşdu VİDEO
-
12:10
Tiaqo Silva: “Qarabağ" qələbəyə layiq idi”
-
11:52
"Napoli"dən əzmkar qələbə VİDEO
17.03.2026
16.03.2026
15.03.2026























