1 Noyabr 2025, Şənbə
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Futzal

Millinin toplanışı başlayıb

Sentyabrın 17-dən 21-dək Zlin şəhərində təlim-məşq toplanışı və Çexiya yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisinin Bakıda toplanışı başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, bu gün ilk məşqinə çıxan futzalçılarımız sentyabrın 16-dək paytaxtda hazırlıq keçəcək.

Baş məşqçi Vitali Borisov məşqlərə 3-ü qapıçı olmaqla ümumilikdə 16 futzalçı dəvət edib.

Səfərə aparılacaq heyət toplanışın sonunda müəyyənləşəcək.

Qeyd edək ki, Çexiya-Azərbaycan oyunları sentyabrın 19-da və 20-də Zlin şəhərində keçiriləcək.

Millinin heyəti:

Qapıçılar: Emin Kürdov, Vladislav Reznov (hər ikisi “Araz-Naxçıvan”), Kamran Hacıyev (“Baku Fire”);

Oyunçular: Emil Həsənzadə, Xəzər Ağalızadə, İlham Alıyev, Ülvi Əliyev (hamısı “Araz-Naxçıvan”), Tofiq Mikayılov, Nurlan Mehdizadə, Oktay Rüstəmli, Fərid Abbasov, Murad Quluzadə (hamısı “Baku Fire”), Fərid Atakişiyev, Mirzə Əmirov, Eldar Zeynalov, Seymur Məmmədov (hamısı “Neftçi” İK).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30