28 Fevral 2026, Şənbə
Millimizin rəqibləri müəyyənləşdi
"Zirə" və "Kəpəz"dən qələbə
Boksçumuz erməniyə qalib gəldi
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı

Futzal

"Araz-Naxçıvan" Serbiya millisinin daha bir üzvünü transfer etdi

UEFA Çempionlar Liqasının hazırlığını davam etdirən “Araz-Naxçıvan” futzal klubu transfer çalışmalarını davam etdirir.
 
Futbolxeber.az-ın Azərbaycan Futzal Federasiyasının saytına istinadən verdiyi məlumata görə, son çempion Serbiya millisinin üzvü ilə anlaşıb.
 
Marko Prşiç yeni mövsümdə “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq. Yeri gəlmişkən, 33 yaşlı müdafiəçi ilə “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov vaxtı ilə Serbiyanın “Ekonomaç” klubunda birgə çıxış ediblər. Futzalçının sonuncu klubu Küveyt “Al Arabi”si olub. 
 
Qeyd edək ki, braziliyalı Kadinyo, Caique Aledes De Oliveyra (hər ikisi “Jetısu” Qazaxıstan), Giovanni Valerio “Torreense” (Portuqaliya), İlham Alıyev (U-19) və serb Lazar Milosavljeviçi (“Crnica”, Xorvatiya) transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28