Futzal
Millimizin üzvü Avropa çempionatı haqda: “1/4 final pis nəticə deyil”

Futzal üzrə Azərbaycan millisinin və EKOL klubunun üzvü Namiq Məmmədkərimov AFF-nin mətbuat xidmətinə müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- Avropa çempionatına nə üçün gəlmişdik, nə ilə dönürük?
- Təbii ki, bizim üçün bu yarışda ən vacib oyun Fransa ilə qarşılaşma idi. Çünki qrupdan çıxmaq və mübarizəni davam etdirmək üçün bu matç həlledici rol oynayırdı. Çətin oyun oldu, ancaq yekunda məqsədimizə nail olduq. Növbəti rəqiblərimiz ardıcıl olaraq turnirin ən güclüləri oldular. Əslində, İspaniya ilə oyunda bəlkə də düzgün strategiya seçmədik. Minimalhesabla məğlub olduğumuz oyunda az güc sərf etməli idik. Baş məşqçi birinci matçda şans vermədiyi və ya az oynatdığı futzalçıları meydana buraxmalı və beləliklə həm də üçüncü oyuna hazırlaşmalı idik. Portuqaliya ilə qarşılaşmada kobud səhvlərə yol verdik və fasiləyə 3 top fərqi ilə yenik yollandıq. Oyunun nəbzini tuta bilmədik. Təbii ki, bu cür rəqiblə bu fərqi aradan qaldırmaq çox çətin idi. İkinci hissədə də toparlana bilmədik. 5-in 4-ə oynadıq və qollar buraxmaqda davam etdik. Bir sözlə, istəyimizə nail olmadıq.
- Portuqaliya ilə oyunda demək olar, bütün oyunçular meydana çıxdı. Amma heç nə dəyişmədi.
- Artıq gec idi. Mən son dəqiqələrdə meydana daxil oldum və hesab 1:8 idi. Digər oyunçular da həmçinin. Yəni meydana çıxanda oyunu da korlamadılar. Bu oyunlarda əsas güc 6-7 nəfərə düşdü.
- Millinin nəticəsini qənaətbəxş hesab etmək olarmı?
- Minimum tapşırıq qrup mərhələsindən 1/4 finala yüksəlmək idi. Komanda bu tapşırığın öhdəsindən gəldi. Məncə, nəticə pis deyil. Düzdü, daha artığını qazanmaq istəyirdik. Ancaq yekun göstərdi ki, Portuqaliya da çox güclüdü. Üstəlik, biz son iki oyunumuzu çempionatın qalibinə və finalçısına qarşı keçirdik.
- 2010-cu ildə də qitə birinciliyinə qatılmısan. Aradan keçən 8 ildə nələr dəyişib?
- Onda debüt ilimiz idi Avropa çempionatında. Komanda bir nöqtəyə vururdu. Baş məşqçimiz yenə Alesio idi. Həmin çempionatda da oynamaq üçün az şans qazanmışdım. Ancaq nəticə komanda üçün uğurlu alındı, sona qalan 4 komandadan biri olduq. Məncə, həmin çempionatdakı heyətimiz indikindən dəfələrlə güclü idi. Bunu nəticə də sübut edir.
- İki gündən sonra isə Yüksək Liqanın oyunları başlayır. EKOL mövsümün ikinci yarısına hazırdırmı?
- Mən, Emin Kürdov və Samir Həmzəyev yanvarın 10-dan millinin düşərgəsində olduq. Buna görə də komandanın hazırlığında iştirak edə bilmədik. Fasilə zamanı EKOL Qubada təlim-məşq toplanışı keçirdi, yoxlama oyunlarında gücünü sınadı. Kapitan kimi, mütəmadi olaraq əlaqə saxlayırdım. Gündə 2 dəfə məşqlər keçirdilər. Həm də fasilədən sonra “Araz”la qarşılaşacağımızdan, məsuliyyət bir qədər də artıb. Bu oyunda rəqibə müqavimət göstərib, xal qazanmaq istəyirik.
- Birinci və ikinci dövrədə eyni hesabla (1:2) yenilmisiniz. Bu dəfə uğursuz sindromu qırmaq olacaqmı?
- Oyuna yaxşı köklənsək, xal qazanmaq olar. Bizim üçün də bu, əhəmiyyətlidi.
- “Araz”ın oyunçuları millinin düşərgəsində Avropa çempionatında iştirak edib. Rəqib futzalçılardakı həm fiziki yorğunluq, həm də psixoloji gərginlik EKOL-un xeyrinə işləyə bilərmi?
- Mən də düşünürəm ki, yorğunluq “Araz”ın oyununda hiss olunacaq. Qalanı özümüzdən asılıdır. Komandada istək var. Gücümüzü sübut etməliyik.
- Fasiləyə üçüncü pillədə yollandınız. Üst sıralara yüksəlmək EKOL üçün nə dərəcədə realdı?
- “Marafon Futsal”dan 5 xal geridəyik. Onlarla iki oyunumuz var. Hər iki matçda qələbə qazanıb həm revanşı götürmək, həm də turnir cədvəlində onları üstələmək istəyirik.
- Heyətə yeni futzalçılar dəvət edilmədi. Bunun təsiri hiss olunacaqmı?
- Əslində, heyəti gücləndirməyi istəyirdik. Hətta təcrübəli oyunçu kimi mən də öz məsləhətlərimi vermişdim. Yekun qərarı rəhbərlik verir. Niyə alınmadığını dəqiq deyə bilmərəm.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Millinin oyununda gözdən qaçmayanlar: BOS-da milləti soyurlar!
- “Qarabağ” üçün xüsusi mükafat
- "Neftçi" "Səbail"i məğlub etdi
- "Arsenal" - ÇSKA matçında 5 qol
- "Qəbələ" - "Sumqayıt" oyununda qalib aşkarlanmadı
- Şeydayev dubl etdi
- "Qarabağ"ın III dövrədə vurduğu qollar
- "Şüvəlan" 3 xalı tək qolla qazandı
- "Roma"nın evini avtoqollar yıxdı
- Billiat "Qarabağ"la bağlı qərar verdi
- Sabiq “Bakı”lı Portuqaliya klubunun qələbəsində pay sahibi oldu
- Ndlovudan Qurban Qurbanov və Rəşad Sadıqova cavab
- Şeydayevin “Qarabağ”dakı ilk qolu
- "Qəbələ"dən Abdullayev açıqlaması
- "Çelsi"dən əzmkar qələbə
-
13:11
Etopaz-da bu gün 34 canlı oyun
-
12:50
Millimizə İspaniya və İsveçdən futbolçular dəvət aldı
-
11:54
"Betis" - "Las Palmas" 1:0 VİDEO
-
11:36
“Qəbələ” “Raquf Orucov Kuboku”nu qazandı
-
11:13
"Alaves" - "Jirona" 1:2 VİDEO
-
10:50
"Lester" öz meydanında xal itirdi VİDEO
-
10:32
“Synergy Baku”dan Türkiyədə daha bir uğur
-
10:14
"Atletiko" darmadağın oldu VİDEO
-
10:00
Şəhriyar Məmmədyarov: "Təəccübləndim, axı bilərəkdən necə heç-heçə etmək olar?"
-
09:49
"Çelsi"dən səfər qələbəsi VİDEO
-
00:37
Türkiyə futbolunda növbəti biabırçılıq: baş yarıldı, derbi yarımçıq qaldı FOTOLENT
-
00:00
Şüvəlanda hərəyə 1 qol və 1 xal VİDEO
-
21:21
“Qəbələ”: 100-cü qol, 30-cu qələbə
-
20:57
"Sumqayıt" - "Qarabağ" oyununun vaxtı dəyişdirildi
-
19:55
Zamiq Atakişiyevdən 5-ci qələbə
-
18:53
DÇ-yə dəstək yarışları davam edir FOTOLENT
-
18:22
I divizion: XXIV tur start götürdü
-
18:00
Dünya reytinqi: Qurbanov və Qriqorçuk neçəncidir?
-
16:25
PFL bir oyunun başlama saatını dəyişdi
-
14:13
Etopaz-da bu gün 17 canlı oyun
-
13:25
Ozobiç: "Finalı Qəbələdə oynayacağımız üçün sevinirik"
-
11:51
Araz Abdullayev: "İnanıram ki, avrokuboka vəsiqə qazanacağıq"
-
11:23
Millimiz uduzdu
-
11:00
“Qələbəni Tale Heydərova həsr etmək istəyirik”
-
01:08
"Qəbələ" əznkar qələbə ilə finalda VİDEO
-
00:54
"Sumqayıt" - "Keşlə" 1:1 FOTOLENT
-
00:41
“Qalatasaray”dan gözlənilməz məğlubiyyət
-
00:28
Qriqroçuk: “Çox sevincliyəm”
-
00:14
Tərlan Əhmədov: "Avrokuboklara vəsiqə qazanmasaq, istefa verəcəm"
-
00:00
Fariz Nəcəfov: “Turnirə görə məşqçi gətirib, ya da yola salmırıq”
-
22:17
Millimiz Makedoniyaya qalib gəldi
-
21:55
“Keşlə” və “Qəbələ” finalda
-
21:23
Meza Kolli "Keşlə"ni finala daşıdı VİDEO
-
19:41
"İnsidentə görə üzr istəyirəm"
-
16:22
Azərbaycan millisindən 5 qollu qələbə
-
15:38
Əliyar Ağayev “Mançester Siti” - “Barselona” oyununda
-
12:43
Etopaz-da bu gün 43 canlı oyun
-
10:24
"Sevilya"dan qolsuz bərabərlik VİDEO
-
09:59
"Tottenhem" səfərdə xal itirdi VİDEO
-
09:43
"İnter"dən böyükhesablı qələbə VİDEO
-
09:19
"Barselona" qələbəyə həsrət qaldı VİDEO
-
09:01
"Bavariya" darmadağınla finalda VİDEO
-
22:39
“Kəpəz” məşqlərə start verdi
-
18:04
Kubok oyunları üçün hakim təyinatları açıqlandı
-
17:34
"Qəbələ" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq
-
16:53
BMX üzrə dünya çempionatına dəstək yarışları başlayıb FOTOLENT
-
14:55
Abbasov, Urdinov və İsayev üçün 1 oyunluq cəza
-
14:49
AFFA 3 klubu cərimələdi
-
14:35
Ayxan Abbasovla bağlı sanksiya qüvvəyə mindi
-
13:58
Yunanıstan imtina etdi, yığmamız gürcülərlə qarşılaşacaq