19 May 2024, Bazar günü
XXXV turun hakim təyinatları
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi

Etopaz

Ümummilli liderin 100 illiyinə həsr olunmuş turnirin mükafatçıları bilinib

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı və ETOPAZ-ın baş sponsorluğu ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş idman jurnalistləri arasında şahmat turniri keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Məmmədyarovlar şahmat məktəbində baş tutan yarışda ATV, İdman TV, CBC Sport televiziya kanallarının, "Xalq qəzeti", "Olimpiya dünyası", "Futbol+" qəzetlərinin, Sportmedia.az və Allsport.az saytlarının təmsilçiləri iştirak edib.

Dairəvi sistem üzrə 7 turda keçirilən turnirdə bütün rəqiblərinə qalib gələn Allsport.az saytının baş redaktoru Kamran Hacı çempion olub. ATV idmanın redaktoru İlkin Fikrətoğlu ikinci, Sportmedia.az saytının baş redaktoru İlkin Vidadioğlu üçüncü yeri tutublar.

Yarışın sonunda iştirakçılar mükafatlandırılıb. 

Mükafatları AİJA prezidenti, əməkdar jurnalist Eldar İsmayılov və Məmmədyarovlar şahmat məktəbinin təsisçisi, qadınlar arasında beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova təqdim ediblər.

Eldar İsmayılov Ulu Öndərin Azərbaycan mediasının inkişafındakı misilsiz rolundan və jurnalistlərə daimi diqqətindən danışıb. 

Zeynəb Məmmədyarova isə Ümummili Liderin Azərbaycan idmanının və şahmatının tərəqqisində göstərdiyi xidmətlərdən bəhs edib və media nümayəndələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31