19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“İnter”: Bokonyano 81-ci, Salukvadze 82-ci oldu

Premyer Liqanın 22-ci turu çərçivəsində keçirilən “Neftçi” - “İnter” matçı “bankirlər” üçün bir sıra statistik göstəricilərlə əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, “Neftçi” ilə görüşdə fərqlənən Yoan Bokonyano və Laşa Salukvadze Azərbaycan Çempionatda “İnter” üçün qol vurmuş sayca 81 və 82-ci futbolçular olublar. Əgər təcrübəli L.Salukvadze yerli birincilikdə fərqlənə bilən  9-cu gürcüstanlı futbolçudəsa, Y.Bokonyano ölkə çempionatında “İnter” üçün qol vuran ilk fransız futbolçu kimi tarixə düşüb.

Hazırda komandada oynayan və aktivində 20 qol olan Baçana Tsxadadze “İnter”in ən yaxşı bombardiridir.

Qeyd edək ki, “İnter”in tarixində yerli futbolçulardan başqa Belarusdan, Ukraynadan, Serbiyadan, Nigeriyadan, Litvadan, Uruqvaydan, Bolqarıstandan, Latviyadan, Moldovadan, Braziliyadan, Gürcüstandan, Estoniyadan, Makedoniyadan, Seneqaldan, Toqodan, Konqodan, Xorvatiyadan və Kosta-Rikadan olan futbolçular da fərqləniblər.


inter.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31