26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Qırmızı vərəqə düzgün idi, amma penalti..."

 

"Neftçi" - "Qarabağ" oyunu çox xoşuma gəldi. Meydanda həyəcan var idi. Hər iki komanda kombinasiyalı hücumlar qurmağa səy göstərirdi". Futbolxeber.az saytına verdiyi açıqlamda bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis son günlər əsas müzakirə mövzusu olan baş hakim Rəhim Həsənovun idarəçiliyinə də toxunub: "Hakim verdiyi vərəqələrdə haqlı idi. Mən hesab edirəm ki, Mitreskinin meydandan qovulduğu epizodda referi düzgün qərar qəbul etdi. Amma penalti epizodu haqda dəqiq bir söz deyə bilmərəm. Çünki mən əks tərəfdəki qapının yaxınlığında əyləşmişdim. O məsafədə düzgün qərar vermək çətindir. Heç televizorda da həmin epizodun təkrarını görməmişəm. Buna görə də dəqiq bir söz deyə bilmərəm. Amma hakim özü də həmin epizoda çox yaxın idi. Azlıqda qalmasına baxmayaraq, "Neftçi" ikinci hissədə sonadək mübarizə apardı. Hətta ikinci hissədə hesab 1:1 oldu. Komanda sonadək mübarizə apardı".

Mircavadov hazırda çempionluq mübarizəsinin daha da qızışdığını qeyd edib: "Son nəticələrdən sonra çempionatda gərginlik daha da artdı. Turnir cədvəlinin üst pillələrində sıxlıq var. Komandaları bir-birindən 1-2 xal ayırır. Amma düşünürəm ki, əsl gərginlik hələ qabaqdadır. Çempionluğun taleyinə böyük ölçüdə 3 komandanın aralarındakı oyunlarda aydınlıq gələcək. Lakin qızıl medallara sahib çıxmaq istəyən kollektiv digər 3 komanda ilə görüşdə də mümkün qədər az xal itirməlidir. Kim büdrəsə, işini çətinə salacaq".

"Fikrinizcə, hansı komandanın çempionluq şansı daha çoxdur" sualını isə Ağasəli Mircavadov belə cavablandırıb: "İndidən bu haqda dəqiq söz demək çətindir. Amma hesab edirəm ki, kimin psixoloji durumu daha yaxşıdırsa, sonda istəyinə də həmin komanda çatacaq. Burada söhbət bütün komandadın gedir - baş məşqçidən tutmuş - sürücüyə qədər. Məşqçilərin işi indiki məqamda bilinəcək. Lakin kuboku da nəzərə almaq lazımdır. "İnter" mübarizəni artıq dayandırıb. "Neftçi" ilə "Qarabağ" isə mübarizəni davam etdirirlər və yarımfinalda üz-üzə gələcəklər".  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30