Ölkə futbolu
Qurban Qurbanov: “18 ildir “Qarabağ”dayam və hər il hücumçu söhbəti olur”
Komanda.az saytının keçirdiyi sorğuda 15-ci dəfə Azərbaycanda ilin məşqçisi seçilən Qurban Qurbanov tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Yenidən ilin məşqçisi seçildiniz. Təəssüratlarınız necədir?
- İlk öncə mənə inanan, səs verən hər kəsə təşəkkür edirəm. Bir il əvvəl də bu mükafatı qazanmışdım. Yenidən, 15-ci dəfə qalib olduğum üçün sevinirəm. Həmişə demişəm ki, bu cür uğurlardan sonra məsuliyyətim daha da artır. Bunu hər dəfə təkrarlayıram və təkrarlayacam da. Bu, bizim işimizin bir hissəsidir. Həmişə hansısa səviyyəyə çatırıqsa, onu qoruyub saxlamaq istəyirik. Bu il xüsusi bir il oldu. Çempion olduq, kubokda finala kimi irəlilədik, Çempionlar Liqasında qrup mərhələsinə düşdük. Bu, klub üçün də, ölkəmiz üçün də vacib idi. Klub olaraq yaxşı nəticələrimiz oldu. Çox şadam. Yenə sizlərin qarşısında olmaq, bu fikirləri səsləndirmək mənə xoşdur. Hər birinizə təşəkkür edirəm. Qarşıdakı ildə hər kəsə uğurlar arzulayıram.
- Hər dəfə qeyd edirsiniz ki, qalib olanda məsuliyyətimiz artır. Belə təzyiq altında işləmək çətin deyil ki?
- Sanki günü-gündən daha da çətinləşir. Bəlkə əvvəllər daha gənc idim. Daha həvəsli idim. İndi həvəsli olmaqla bərabər, məsuliyyət də artır. Təbii ki, heç də asan deyil. Lakin çalışırıq ki, bacaraq.
- Mütəmadi olaraq adınız müxtəlif Türkiyə, Rusiya klubları ilə yanaşı hallanır. Qurban Qurbanov özü hansı ölkədə, hansı klubda çalışmaq istəyər?
- Hal-hazırda həm ruhuma, həm özümə Azərbaycan daha yaxındır. Bakını həddindən artıq çox sevirəm. Bu şəhər mənim üçün əvəzolunmazdır. Fayda verəcəyiksə, Azərbaycanda qalmağa razıyam.
- Hücumçu transferi məsələsi “Benfika”, “Kopenhagen”lə oyunlardan sonra unudulmuşdu, lakin “Ayaks”la görüşdən sonra yenidən gündəmə gəldi. Bilirik ki, il boyu axtarışda olursunuz. Konkretləşdirsək, hazırda maraq dairənizdə olan, təklif göndərdiyiniz, danışıqlar apardığınız hücumçu varmı?
- Maraq göstərdiklərimiz var. Mən 18 ildir “Qarabağ”dayam və hər il hücumçu söhbəti olur. Ola bilər nə vaxtsa gecikmişik, istədiyimiz zamanda alınmayıb. Lakin ümumi götürsək, komandamızda çox yaxşı hücumçularımız olub. Az sayda olub, lakin çox yaxşı olublar. İndi də axtarışlarımız gedir. Çalışacağıq ki, təkcə hücum xəttini yox, ümumilikdə qış transfer pəncərəsində heyətimizi 3-4 futbolçu ilə gücləndirək. Çünki tələblərimiz həddindən artıq böyüyüb. Özünüz görürsünüz ki, hansı rejimdə çalışırıq. Futbolçunu hər matçda motivasiya etmək, sağlam meydana çıxarmaq heç də asan deyil. Ona görə də yaxşı, keyfiyyətli futbolçulara ehtiyacımız var.
- Qış fasiləsindən necə yararlanacaqsınız?
- Bakıda başlayacağıq, sonra böyük ehtimalla, Antalyaya yollanacağıq.
- Qış fasiləsi təxminən bir aydır. Üstəlik, həmin müddətdə avrokubok matçı da var. Bu məqam “Qarabağ”ın oyun ritmini poza bilər?
- Ola bilər. Lakin hazırda futbolçulatrın istirahətə çox ehtiyacı var. Ona görə də əksinə, daha faydalı da ola bilər. Hər biri bu dəqiqə həm fiziki, həm psixoloji olaraq yorulublar. Xüsusən də sonuncu məğlubiyyətdən sonra onların yorğunluğu iki dəfə artıb. Onları geri qaytarmaq üçün yaxşı istirahətə ehtiyac var. Ola bilər oyun ritmində azca geri qalaq, lakin hazırlıq, düşüncə olaraq udacağıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Vernidub sabiq futbolçusunu “Neftçi”yə gətirir?
- "Neftçi" Çempionlar Liqasının iştirakçısı ilə qarşılaşacaq
- Qurban Qurbanov Qara Qarayevin təyinatından danışdı
- Azərbaycanda işləmiş məşqçi “Real”da Arbeloanın köməkçisi oldu - ÖZƏL
- “Botafoqo” “Qarabağ”a ikinci dəfə rəsmi təklif göndərdi
- “Neftçi” - “Kayrat” oyununun vaxtı müəyyənləşdi
- Adel Amruş: “Hələ də maşında Azərbaycan musiqisinə qulaq asıram”
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş intellektual yarış keçirilib
- İnternat tipli məktəbin şagirdləri "Qarabağ"ın qonağı olublar
- “Neftçi” qalib gəldi, “Zirə” xal itirdi
- Emin Mahmudov: “Şükür, yaxşı qurtardıq”
- "Naxçıvan"dan yeni transfer
- "Araz-Naxçıvan" təxirə salınmış matçda qalib gəlib
- Elvin Bədəlov: “Qanundur, sən vurmursansa, sənə qol vuracaqlar”
- “Sumqayıt”ın yaponiyalısı: “Qutabı çox sevirəm”
-
16:42
Bakıda cüdo qaydalarındakı dəyişikliklərə həsr olunmuş seminar keçirilib
-
15:55
Amil Yunanovun yeni klubu müəyyənləşdi
-
15:38
UEFA nümayəndələri hakimlərimizə seminar keçdi
-
15:23
Cüdo millisinin üzvləri üçün şahmat dərsi
-
15:00
"Neftçi"nin legioneri komandanın düşərgəsinə qoşulub
-
14:46
Emrah Çelikel mükafata layiq görülüb
-
14:14
"Səbail"dan daha bir transfer
-
13:51
Juninyo: “Qarabağ”da 46 qol vurmuşdum”
-
13:27
"Sumqayıt" 45 yaşlı oyunçusu ilə vidalaşıb
-
13:09
"Zirə"yə lazım olmayan legioner Almaniya klubuna keçdi
-
12:32
“Dinamo” azərbaycanlı futbolçu ilə yeni müqavilə imzaladı
-
12:15
Qriqorçuk sabiq klubuna qayıtdı
-
11:48
"İnter"dən çətin qələbə VİDEO
-
11:23
Millimizin Danimarka ilə oyunlarının hakimləri açıqlandı
-
11:06
"Real" kubokla erkən vidalaşdı VİDEO
-
10:54
İranda üç idman adamı etiraz aksiyalarında öldürülüb
-
10:31
London derbisini "Arsenal" qazandı VİDEO
-
10:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
"Bavariya"dan geridönüş VİDEO
-
18:57
Kaxaber Sxadadzedən qələbə şərhi
-
18:38
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Uşaqlara dedim ki, üzülməyin”
-
18:02
“Neftçi”nin media koordinatoru: “Azarkeşlərimiz bu cür xəbərlərə inanmasınlar”
-
17:21
"Araz-Naxçıvan" "Qəbələ"yə məğlub oldu
-
16:46
Kamandan oxatma üzrə ölkə birinciliyinin və çempionatının açılışı olub
-
16:13
"Qarabağ" "Park Bulvar"da robot və əyləncə şousu təşkil edəcək
-
15:55
"Neftçi"nin Misir klubu ilə heç-heçəsi VİDEO
-
15:39
Azərbaycan Voleybol Federasiyası seleksiya prosesinə yenidən start verib
-
15:24
AFFA bu komandanı çempionatdan kənarlaşdırdı
-
15:00
Etirazlarda “Traktor”un keçmiş futbolçusu ilə xanımı da öldürülüb
-
14:42
AFFA-nı təhqir edən klub prezidentinə 10 oyunluq cəza verildi
-
14:18
İbrahimoviçin oğlu “Ayaks”da
-
13:56
"Qarabağ" Antalyada bir gündə iki oyun keçirəcək
-
13:31
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
-
13:17
Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb
-
12:53
Kanoe və Avarçəkmə Federasiyasının hesabat xarakterli iclası keçirilib FOTOLENT
-
12:04
Futzal millimizin toplanışı olacaq
-
11:49
"Roma" kubokla vidalaşdı VİDEO
-
11:32
Azərbaycanda qış transfer pəncərəsi açıldı
-
11:16
"Mançester Siti" finala yaxınlaşdı VİDEO
-
10:58
Keyta: “Dodo mənə “Qəbələ” haqqında çox danışıb”
-
10:41
"Atletiko" mərhələ adladı VİDEO
-
10:27
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
"Qalatasaray" kubok oyununda qələbə qazandı VİDEO
-
23:34
Azərbaycanda işləmiş məşqçi “Real”da Arbeloanın köməkçisi oldu - ÖZƏL
-
20:00
"Neftçi" bu dəfə heç-heçə etdi
-
18:51
"Neftçi" Azərbaycan Kubokunda 1/4 finala yüksəlib
-
17:43
"Kəpəz" gürcüstanlı futbolçu ilə gücləndi
-
17:26
Atletika üzrə Bakı çempionatı keçiriləcək
-
16:52
Azərbaycanlı hakimlərin Antalya toplanışı başlayıb
-
16:39
Ayxan Abbasov Renat Dadaşovla görüşüb
15.01.2026
14.01.2026
13.01.2026























