2 Fevral 2026, Bazar ertəsi
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

“Turan Tovuz”un qapıçısı: “Hədəfimizə çatmaq üçün bu tempdə də davam etməliyik”

“Çətin oyun keçdi. Meydanda gərgin mübarizə gedirdi. Vərəqələrin sayı çox idi. Təəssüf ki, ikinci hissədə azlıqda qaldıq. Bundan sonra oyunumuz sındı. Yaxşı ki, qapımızı sona kimi toxunulmaz saxlaya bildik”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Turan Tovuz”un qapıçısı Oleq Baklov Azərbaycan Premyer Liqasının 11-ci turunda “Zirə”yə qarşı keçirilən oyun (0:0) barədə danışarkən deyib.

O bildirib ki, matçı 10 nəfərlə başa vurduqlarını nəzərə alsaq, Zirə səfərində 1 xal pis nəticə deyil: “Yarım saatdan artıq azlıqda mübarizə apardıq. Bu da işimizi çətinləşdirdi. Ona görə də 1 xalı yaxşı nəticə saymaq olar. Heç-heçə ədalətli nəticə idi”.

Tacikistan millisinin üzvü bir tur əvvəl “Turan Tovuz”un doğma meydandakı debütunə də toxunub: “Şamaxı” ilə Tovuzda qarşılaşdıq. Bu, doğma meydanda debütumuz idi. İlk dəfə idi Tovuzda yerli publika önündə oynayırdım. Atmosfer əla idi. Azarkeşlərin dəstəyi ilə geridönüş edə bildik. Futbol azarkeşlər üçün oynanılır. Stadion dolu olanda bizim də məsuliyyətimiz artır”.

Baklov ilk dövrəni “Turan Tovuz” üçün belə dəyərləndirib: “Turnir cədvəli baxımından vəziyyətimiz yaxşıdır. Bir müddət hətta lider olduq. Hazırda yalnız “Qarabağ”dan geri qalırıq. Lakin bu, hələ ilk dövrədir. Qarşıda çox oyun var. Ona görə də bununla kifayətlənmək olmaz. Hədəfimizə çatmaq üçün bu tempdə də davam etməliyik”.

31 yaşlı qolkiper Azərbaycan Premyer Liqasına uyğunlaşmağın onun üçün heç də asan olmadığını bildirib: “Çempionatın səviyyəsi yaxşıdır. Limit olmadığı üçün legionerlərin sayı çoxdur. Açıq deyim ki, əvvəldə uyğunlaşma baxımından problem yaşayırdım. İki ay adaptasiya dövrü keçdim. İndi hər şey yaxşıdır. “Turan Tovuz”dakı durumum məni tam qane edir”. 

TAĞI








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28