2 Fevral 2026, Bazar ertəsi
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

“Qarabağ”ın sabiq islandiyalısı: “Azərbaycan millisi evdə daha güclü oynayır”

"Qarabağ"ın sabiq islandiyalı qapıçısı Hannes Haldorsson AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, o, bu gün baş tutacaq Azərbaycan - İslandiya matçını dəyərləndirib:

"Oyun çətin olacaq. Reykyavikdə İslandiya çox yaxşı çıxış etmişdi, amma Azərbaycan evdə həmişə güclü oynayır. Ukrayna ilə öz meydançasındakı matçda qeydə alınan nəticə bunu göstərir. Azərbaycan evdə daha güclüdür və yeni baş məşqçi adətən komandaya əlavə motivasiya gətirir. İslandiya bunun fərqində olmalı və oyunda bütün gücünü ortaya qoymalıdır. Bizi çox çətin qarşılaşma gözləyir. Demək olar, tamamilə həlledici oyundur. İslandiya ümidlərini son tura qədər qorumaq üçün mütləq qalib gəlməlidir".

İslandiyalı qolkiper vaxtilə "Qarabağ"da oynadığı komanda yoldaşları haqqında da fikirlərini bildirib:

“Vaxtilə "Qarabağ"ın formasını geyinməyim bu matçı mənim üçün daha maraqlı edir. Reykyavikdəki görüşü izləmişdim, Şahruddin Məhəmmədəliyev, Mahir Emreli və digər sabiq komanda yoldaşlarımı meydanda görmək xoş idi. Şahruddin bir neçə möhtəşəm qurtarış etdi və əslində həmin oyunda əlindən gələni əsirgəmədi".

Halldorsson Azərbaycandakı günlərini də xatırlayıb:

"Bakıda keçirdiyim günlərə böyük və xoş xatirə kimi baxıram. Bu, mənim həyatımda çox dəyərli bir təcrübə idi. Ailəmlə birlikdə Azərbaycanı tanımaqdan məmnunam”.

Keçmiş qolkiper Ağdam klubunun uğurlarına sevindiyini də gizlətməyib:

"Qarabağ"ın uğurlarına çox sevinirəm. Bu mövsüm əldə etdikləri nəticələr heyrətamizdir və bu da İslandiya üçün qarşıdakı oyunun nə qədər çətin olacağını göstərir. "Qarabağ" böyük klubdur və onlara gələcəkdə uğurlar arzulayıram".

Qeyd edək ki, H.Halldorsson 2018/2019 mövsümündə "Qarabağ"da çıxış edib. Azərbaycan çempionatlarında oynamış yeganə islandiyalı futbolçu 2022-ci ildə karyerasını başa vurub. O, İslandiya yığmasının heyətində 77 matçda forma geyinib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28