2 Noyabr 2025, Bazar günü
161 gün sonra yenidən Tovuzda
“Lans”ın yetirməsi “Sumqayıt”da
“Belə də davam etməliyik”
"Qarabağ" "İmişli"yə qalib gəldi

Ölkə futbolu

PFL və "YAŞAT" fondu şəhid övladları üçün layihə həyata keçirib

Peşəkar Futbol Liqası (PFL) və “YAŞAT” Fondu şəhid övladları üçün növbəti layihəni həyata keçirib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, tərəflər arasında imzalanmış memorandum çərçivəsində reallaşdırılan tədbirə əsasən 25 şəhid övladının “Dreamland” kompleksinə səfəri təşkil edilib.

Şəhid övladlarına diqqət və qayğının daha da artırılması, onlar arasında sağlam həyat tərzinin təbliği yönündə baş tutan səfər maraqlı anlarla yadda qalıb. Batut idman növü ilə məşğul olan şəhid övladları fiziki cəhətdən aktiv gün keçirib, müxtəlif əyləncəli və interaktiv oyunlarda iştirak ediblər. Ardınca xüsusi hazırlanmış qidalar qəbul edən uşaqlar xoş anlar yaşayıblar.

Sonda şəhid övladlarına xüsusi hədiyyələr təqdim edilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30