3 Noyabr 2025, Bazar ertəsi
Abubakar son 6 ilin ilkinə imza atdı
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”
161 gün sonra yenidən Tovuzda

Ölkə futbolu

Georges Mikautadze: “Qarabağ”ı komanda kimi bəyəndim”

“Lion”un hücumçusu Georges Mikautadze UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində Bakıda “Qarabağ”ı 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

 

- “Qarabağ” üzərində qazanılan qələbəni necə şərh edərdiniz?

- İlk hissədə oyunumuz bir qədər çətin keçdi. Lakin fasilədə baş məşqçimiz taktikanı dəyişdi. Belədə işimiz daha asan oldu. Bu səbəbdən də ardıcıl qollar vurduq.

- Bu cür hesabla qələbə qazanacağınızı gözləyirdiniz?

- Bakıya qələbə üçün gəlmişdik. Düzdür, bu hesabla qalib gələcəyimizi gözləmirdik. Lakin qələbə bizə çox lazım idi. Hədəfimiz 3 xal idi və buna da nail olduq.

- “Qarabağ”ın potensialını necə dəyərləndirərdiniz?

- “Qarabağ” çox yaxşı komandadır. Onlara uğurlar arzulayıram. Bu matçda da fərqlənmək üçün xeyli şansları oldu. Yaxşı ki, qol imkanlarını dəyərləndirə bilmədilər. Biz isə ardıcıl qollar vura bildik. “Qarabağ”ı komanda kimi bəyəndim.

- Qonşu Azərbaycandan hansı hisslərlə ayrılırsınız?

- Şəhər gəzintisi zamanı Bakını çox bəyəndim. Ola bilər ki, gələcəkdə istirahət üçün bura qayıdım.

Fərəc Aslanov








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30