Ölkə futbolu
Samir Abasov: “Çətin periodu keçməliyik”
"Araz-Naxçıvan"ı qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı rəqibə qarşı oynayırdıq. Bizə çox əziyyət verdilər. Oyun haqda da danışmaq çox çətindir. Matçın əvvəlindən üzüntülü idik. Çünki futbolçularımız bir-bir sıradan çıxmışdı. Onsuz da "Sabah"la matçdan sonra məşq üçün çox vaxtımız qalmamışdı. Görüşün əvvəlindən komandanın içində qəmginlik var idi. Məşqlərdə də işləyirdik. Oyunçularımızın bir-bir sıradan çıxması hər şeyi pozdu. Görüləcək işimiz çoxdur. Bu yola çıxmışıq. İnanıram ki, işimizin öhdəsindən gələcəyik. Xüsusi təşəkkürümü azarkeşlərimizə bildirmək istəyirəm. Bizi dəstəklədilər, futbolçularımızla danışdılar. Bu gün üzülürük. Ən azından “Neftçi” olaraq uduzmamaq istəyirdik. Əfsuslar olsun ki, edə bilmədik. Futbolçularımı da anlamağa çalışıram. Yeni baş məşqçi gəlib, çempionatın ortasında yeni informasiyalar verilir, onları qavrayıb, oyunun içində göstərmək onlar üçün çətindir. Zədəlilərlə bağlı da durum yaxşı deyil. Şikayət etməyi xoşlamıram. Durum budur. Futbolçular zədəli yox, sağlam olsaydılar, rotasiyalar etmək mümkün idi. Əlimizdə olan oyunçuların hamısını meydana buraxdıq. Bir az dözmək lazımdır. Özümə və futbolçularıma deyyirəm. Çox istəklidirlər. Zədəlilər var, onlar da tez sağalıb qayıtmaq istəyirlər. Bu periodu belə çətin oyunlarla, məğlubiyyətlərlə keçməliyik. Azarkeşlər də ümidlidir. Futbolçularım da çox üzülür. Çalışacağıq ki, vəziyyətdən çıxaq. Komanda kimi futbol göstərək, qalib gələk".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 12-ci turunun "Araz-Naxçıvan"la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:
- Komanda birinci qolu buraxdıqdan sonra futbolçular təşvişə düşür. Psixoloji cəhətdən işiniz bitib?
- Psixloji məsələ nəinki qol buraxanda, işimizin bir hissəsidir. “Sabah”, “Səbail”lə oyunları deyirəm. Elə olmamışdı ki, bugünkü vəziyyətlə qarşılaşaq.
Futbol heyəti yazdın, meydana çıxdın oynamaqla deyil. Futbolçularda daim canlarına hopmuş stress, qorxu var ki, uduzarıq, qol buraxarıq, qol vura bilmərik, hökmən udmalıyıq. Təlaş da yəqin ondan irəli gəlir.
- Hakim idarəçiliyindən razı qaldız?
- Referidən danışsam, bir yana yıxmaq kimi qələmə verərlər. Şikayət etmək istəmirəm. Amma referi çox pauza verirdi, vaxt uzanırdı. Azarkeşlərimiz tərəfindən də reaksiya verilməyə başlamışdı. Bu bizi coşdurur, narahat edir. Pauzalar çox idi. Amma bu, əsla uduzmağımıza səbəb deyil. Bu qədər pauzalar ola-ola 4 dəqiqə artırılması az idi.
- "Sumqayıt”da olarkən heyət kasadlığından şikayətlənmişdiniz. “Neftçi”dəki hazırkı heyət sizi qane edir, yoxsa qışda oyunçular alacaqsız?
- Bu gün ümumiyyətlə transfer barədə fikirləşmirik. Çünki əlimizdə olan heyət say olaraq nəinki yetərlidir, hətta artıqdır. Hansı oyunçu gedəcək...Bunlar mediada yayılmağa başlayıb. Amma məsələn, hansısa oyunçunun üzərində durmuşuq ki, artıq bizə lazım deyil...Xeyr, belə bir şey yoxdur. Hamısı bu dövrdə sınaqdan keçməlidir ki, biz də qərara gələk. Heyət keyfiyyət baxımından da bugünkü günə yaxşıdır, say baxımından da yaxşıdır. Bu qədər oyunçumuz olsa da, zədəlilərimiz var. Rafael Quzzo sona qədər dözmədi, Emin Mahmudov zədələndi. Bunlar şikayət deyil. Bizdə qorxu var idi ki, güc olaraq çatdıra bilmərik. Zədəyə görə. Oyundan-oyuna bunları dərd etməyə başlamışıq. Qarşıdakı oyunda Emil Səfərov, Emin Mahmudov olmayacaq. Burada da problemlər olacaq. Nə edək? Bu periodu keçməliyik.
- Emin Mahmudovun zədəsi nə yerdədir?
- Bu cür zədələr uzunmüddətli olmasa da, dərhal sağalan da deyil. Öz dediyinə görə, ciddi zədəyə oxşayır. Çünki topa zərbə vuranda, dartdı, hiss etdi. Allah şəfa versin. Emin yerli və dəyərli futbolçumuzdur, onu itirmək istəmərəm. İstəmədiyimiz halda belə oldu.
- Komanda sizin istədiyiniz səviyyədə deyil?
- 100 faiz istədiyimiz səviyyədə olmayacaq. Bir-iki oyunla heç nə olmur. Rəqib nə dərəcədə oynamağa imkan verir? İstədiyinizi dərhal meydana qoya bilməzsən. Bu qədər məğlubiyyətlərdən sonra tələskənlik, qol buraxdıqdan sonra reaksiya... Məşqçi dediyi ikinci plana düşür, futbolçunun istəyi ön plana çıxır. Hamısı eyni səviyyyəli futbolçulardır. Zədəlilər var. Digərləri onun öhdəsindən gəlməlidir. Uzun müddət oynamayan oyunçular var. Matçın gedişatında performansında hiss olunur.
- Ramil Şeydayev ən çox tənqid olunan futbolçulardandır. Bir neçə hücumun kəsərini öldürdü. Onunla bağlı düşüncələriniz necədir?Topu itirən kimi motivasiyadan düşür...
- Nəinki Ramil digər futbolçular haqda da 1-2 oyunla, 5-6 məşqlə qərar verə bilmərəm. Bir futbolçu haqda öz fikirlərimi də deyə bilmərəm. Çünki onunla işləməliyəm və ən yaxşısını ondan almalıyıq. Oyunun içində proseslərə gəldikdə, vaxt lazımdır. Siz gördüyünüzü biz də görürük. İnanıram ki, futbolçu özü də görür. Bunları aradan qaldırmaq üçün zaman lazımdır. Oyundan-oyuna həll edəcəyik. Ramil haqda heç də pis fikirdə deyiləm. O, bu komandanın içində bacardığı qədər canını qoyan, özünü “öldürən”, alışıb-yanan futbolçulardandır. Gördüyümü deyirəm. Fərdi olaraq kiminsə üzərində dayanmaq istəmirəm. Vaxtı və yeri də deyil.
- AFFA-nın vitse-prezident Balakişi Qasımov bugünkü müsahibəsində futbolumuzun hazırkı durumda olmasına görə veteran futbolçuları günahlandırıb. Özünüzü günahkar hesab edirsiz?
- Məni demir, məndən yaşlıları deyir. 100 faiz.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Vernidub sabiq futbolçusunu “Neftçi”yə gətirir?
- "Neftçi" Çempionlar Liqasının iştirakçısı ilə qarşılaşacaq
- Qurban Qurbanov Qara Qarayevin təyinatından danışdı
- Azərbaycanda işləmiş məşqçi “Real”da Arbeloanın köməkçisi oldu - ÖZƏL
- “Botafoqo” “Qarabağ”a ikinci dəfə rəsmi təklif göndərdi
- “Neftçi” - “Kayrat” oyununun vaxtı müəyyənləşdi
- Adel Amruş: “Hələ də maşında Azərbaycan musiqisinə qulaq asıram”
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş intellektual yarış keçirilib
- İnternat tipli məktəbin şagirdləri "Qarabağ"ın qonağı olublar
- “Neftçi” qalib gəldi, “Zirə” xal itirdi
- Emin Mahmudov: “Şükür, yaxşı qurtardıq”
- "Naxçıvan"dan yeni transfer
- "Araz-Naxçıvan" təxirə salınmış matçda qalib gəlib
- Elvin Bədəlov: “Qanundur, sən vurmursansa, sənə qol vuracaqlar”
- “Sumqayıt”ın yaponiyalısı: “Qutabı çox sevirəm”
-
18:57
Kaxaber Sxadadzedən qələbə şərhi
-
18:38
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Uşaqlara dedim ki, üzülməyin”
-
18:02
“Neftçi”nin media koordinatoru: “Azarkeşlərimiz bu cür xəbərlərə inanmasınlar”
-
17:21
"Araz-Naxçıvan" "Qəbələ"yə məğlub oldu
-
16:46
Kamandan oxatma üzrə ölkə birinciliyinin və çempionatının açılışı olub
-
16:13
"Qarabağ" "Park Bulvar"da robot və əyləncə şousu təşkil edəcək
-
15:55
"Neftçi"nin Misir klubu ilə heç-heçəsi VİDEO
-
15:39
Azərbaycan Voleybol Federasiyası seleksiya prosesinə yenidən start verib
-
15:24
AFFA bu komandanı çempionatdan kənarlaşdırdı
-
15:00
Etirazlarda “Traktor”un keçmiş futbolçusu ilə xanımı da öldürülüb
-
14:42
AFFA-nı təhqir edən klub prezidentinə 10 oyunluq cəza verildi
-
14:18
İbrahimoviçin oğlu “Ayaks”da
-
13:56
"Qarabağ" Antalyada bir gündə iki oyun keçirəcək
-
13:31
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
-
13:17
Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb
-
12:53
Kanoe və Avarçəkmə Federasiyasının hesabat xarakterli iclası keçirilib FOTOLENT
-
12:04
Futzal millimizin toplanışı olacaq
-
11:49
"Roma" kubokla vidalaşdı VİDEO
-
11:32
Azərbaycanda qış transfer pəncərəsi açıldı
-
11:16
"Mançester Siti" finala yaxınlaşdı VİDEO
-
10:58
Keyta: “Dodo mənə “Qəbələ” haqqında çox danışıb”
-
10:41
"Atletiko" mərhələ adladı VİDEO
-
10:27
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
"Qalatasaray" kubok oyununda qələbə qazandı VİDEO
-
23:34
Azərbaycanda işləmiş məşqçi “Real”da Arbeloanın köməkçisi oldu - ÖZƏL
-
20:00
"Neftçi" bu dəfə heç-heçə etdi
-
18:51
"Neftçi" Azərbaycan Kubokunda 1/4 finala yüksəlib
-
17:43
"Kəpəz" gürcüstanlı futbolçu ilə gücləndi
-
17:26
Atletika üzrə Bakı çempionatı keçiriləcək
-
16:52
Azərbaycanlı hakimlərin Antalya toplanışı başlayıb
-
16:39
Ayxan Abbasov Renat Dadaşovla görüşüb
-
16:15
Azərbaycanlı futbolçu “Torpedo” ilə müqavilə imzaladı
-
15:04
"Karvan-Yevlax" heyətini yeni futbolçu ilə gücləndirdi
-
14:48
Qurban Qurbanov Qara Qarayevin təyinatından danışdı
-
14:21
"Səbail" qış fasiləsində ilk transferini reallaşdırdı
-
13:37
"Karvan-Yevlax" iki məşqçisi ilə yollarını ayırıb
-
13:16
Marko Yankoviç: “Bu, “Qarabağ” üçün son yox, yaxşı şansdır”
-
12:53
Sxadadze: “Transfer işlərində səhvə yol vermək olmaz”
-
12:12
Millimizin yeni baş məşqçisi: “Bütün diqqətimizi Olimpiya qızılına yönəltmişik”
-
11:49
"Liverpul" 4 qolla mərhələ adladı VİDEO
-
11:25
Millimizin Danimarka ilə oyunlarının başlama saatı məlum oldu
-
11:08
"Yuventus"dan darmadağın VİDEO
-
10:31
PSJ Fransa kuboku ilə vidalaşdı VİDEO
-
10:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
"Zirə"nin oyununda 6 qol VİDEO
-
22:38
Qurban Qurbanov: “Futbolçular istəklidirlər, özlərinə gəliblər”
-
21:23
Saşa İliç: “Fərdi səhvlər komandaya baha başa gəlir”
-
20:09
“Ayın qolu”nun müəllifi: “Bilmirəm Premyer Liqada oynamağıma nə mane olur...”
-
19:54
"Qarabağ" 5 qollu qələbə qazandı
-
18:47
"Zirə" qələbəni əldən verdi
14.01.2026
13.01.2026
12.01.2026























