15 Yanvar 2026, Cümə axşamı
Kaxaber Sxadadzedən qələbə şərhi
"Neftçi" bu dəfə heç-heçə etdi
"Qarabağ" 5 qollu qələbə qazandı
"Zirə" qələbəni əldən verdi

Ölkə futbolu

Mahir Emreli: "Karyeramın ən gözəl qollarından biridir"

Almaniyanın “Nürnberq” klubunun azərbaycanlı hücumçusu Mahir Emreli İkinci Bundesliqasının 9-cu turunda "Qroyter Fürt” üzərində qazandıqları qələbəni (4:0) şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, klubun rəsmi saytına danışan Emreli vurduğu qol haqda da danışıb:
 
“Biz bütün həftə bu oyuna həm psixoloji, həm də taktiki cəhətdən hazırlaşmışdıq. Qalib gələ bildiyimiz üçün üçün şadam. Yana görə xüsusilə şadam. O, başqa matçlarda bizi bir dəfədən çox xilas etmişdi. Vurduğum qola gəldikdə, qol vurmağı xoşlayıram. Bu, bəlkə də karyeramın ən gözəl qollarından biridir. Amma ən vacib olan derbidə qalib gəlməkdir. Bu tip oyunları xoşlayıram. Mən artıq bir neçə derbidə oynamışam və onlar həmişə emosiya ilə doludur və bunu bəyənirəm. Bu matçlar həmişə bir az xüsusi olur. Azarkeşlərə belə qələbə bəxş etmək təsvir olunmaz hissdir".







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31